Volkswagen konserni Ducati motosikl istehsalçısının satmaq niyyətindədir. Bu barədə, vəziyyət ilə yaxından tanış olan mənbələrinə istinadən Reuters agentliyi xəbər vermişdir.

Agentliyin müsahiblərinin sözlərinə görə, alman istehsalçısı artıq Evercore invesitisiya-konsaltinq firmasını öz aktivlərinin qiymətləndirilməsinə və əvvəlki göstəricilərinin yenidən bərpa edilməsi üçün mümkün variantları araşdırmağa cəlb etmişdir. Bu variantların içərisində Ducati şirkətinin satışı da vardır. Volkswagen artıq mümkün alıcıların axtarışındadır və namizədlər tapılarsa, konsern Ducati şirkətinin səhmlərini satmaq məsələsinə baxacaqdır. 

Alman konserninin tərkibinə daxil olan Audi şirkəti italyan motosikl istehsalçısını 2012-ci ildə 860 milyon avroya əldə etmişdir. Bir sıra məlumatlara görə, Ducati hal-hazırda 1,5 milyard avro məbləğində dəyərə malikdir. Ducati 1926-cı ildə Bolonya şəhərində yaradılmışdır. O zaman firma Societa Scientifica Radiobrevetti Ducati adlanırdı və radiostansiyalar üçün detalların istehsalı ilə məşğul olurdu. Motosikllərin istehsalına firma 1949-cu ildə başlamışdır.