Volkswagen Group konserninin model xəttini elektrikləşdirmək planları barədə əvvəllər də məlumat vermişdik. Bu günlərdə alman konserni bu sahədə böyük planlarının olduğunu bir daha təsdiq edib.

Alman qrupunun rəhbəri Herbert Diss bildirdiyinə görə, artıq qrup 50 milyon ədəd elektrik nəqliyyat vasitəsinin istehsalına hazırdır. Qrup başçısı elektromobillər üçün xüsusi olaraq hazırlanmış MEB modul platformasında inşa ediləcək 50 milyon elektromobil üçün batareyaların sifariş edildiyini bildirib.  Almaniyanın "Automobilwoche" qəzetinə müsahibə verən Diss “50 milyon avtomobilə yetəcək qədər batareya almışıq” söyləyib.

Qeyd etmək gərəkdir ki, bu çox yüksək bir rəqəmdir. Müqayisə üçün alman qrupuna daxil olan bütün markalar keçən 10,7 milyon avtomobil satıblar.