Səkkizinci nəsil Volkswagen Golf modelinin satışlarına bu ilin sonunda başlanacaqdır. Artıq alman şirkəti avtomobilin seriya istehsalına hazırlıq mərhələsinə qədəm qoyub. Bu barədə məlumatı Volkswagen şirkətinin başçısı Herbert Diss şirkətin daxili yığıncağında bildirib.

Yeni nəsil Golf modelinin əsasını MQB modul platforması təşkil edir. Hetçbekin səkkizinci nəslinin mühərrik çeşidinə 1,0 - 2,0 litr arasında həcmləri olan üç və dörd silindrli mühərriklər daxil olacaqdır. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli «robot» ilə təchiz ediləcəkdirlər.