Volkswagen şirkəti deyəsən krossoverlərə möhkəm aludə olub. Alman istehsalçısı bir-birinin ardınca yeni krossoverləri təqdim etməyə başlayıb. Hətta, iş o yerə çatıbdır ki, istehsalçı bir müddət bundan öncə dayandırdığı Taigun layihəsinə yenidən start verib. Avropa üçün nəzərdə tutulmuş Polo modelinin bazasnda inşa ediləcək Taigun modelinin hazırlanmasını alman markasının Braziliyadakı bölməsinə həvalə edilib.

Image alt Image alt Image alt Image alt

İş orasındadır ki, Braziliyada hazırlanıb, elə orada da istehsal ediləcək krossover qlobal məhsul olacaqdır. Yəni, bütün dünya üzrə, o cümlədən Avropada da satılacaqdır. VW Taigun krossoveri T-Cross modelinin istehsalında istifadə olunan MQB A0 arxitekturasına malik olacaqdır. Avtomobilin uzunluğu, satış bazarından asılı olaraq, 4,1 – 4,2 metr arasında olacaqdır.

2012-ci ildə bu ad Braziliyada nümayiş etdirilmiş şou-kar üçün istifadə edilib. İki il sonra isə, eyni adlı konsept Hindistanda nümayiş olunub. 2016-cı ildə alman şirkətinin Taigun layihəsindən imtina etdiyi bildirilib. Səbəb krossoverin çox kiçik ölçüləri olub. Up! modelinin bazasında inşa edilmiş krossoverin uzunluğu 3,9 metr təşkil edib.