Səkkizinci nəsil Volkswagen Golf GTI modelinin təqdimatı martın əvvəlində Cenevrə avtosalonunda keçiriləcəkdir. Ümumilikdə, yeni Golf modelinin xəttində dörd "qaynar" versiya olacaqdır: benzin mühərrikli GTI və qoşulan GTE hibridindən əlavə, dizel mühərrikli GTD və R üst versiyası da buraxılacaqdır. Bütün xətt 2020-ci ilin sonunadək açıqlanmalıdır.

Autocar nəşrinin məlumatına görə, Golf R modelinin təqdimatı iyul ayında keçirilən Qudvud Sürət Festivalında baş tutacaqdır. VW Golf GTD modifikasiyası isə festivaldan əvvəl nümayiş etdirilməlidir. İdman versiyalarının zahiri fərqləri buraxılış sisteminin başqa dizaynı, həmçinin daha məhsuldar əyləclərin və xüsusi aerodinamik kuzov dəstinin quraşdırılmasından ibarət olacaqdır.

VW Golf R (render)

"Qaynar" versiyaların texniki hissəsi barədə məlumat azdır: Britaniya mediası Golf GTI hetçbekinin 2.0-litrlik turbomühərrikini saxlayacağına inanır. Lakin, yenilənmədən sonra standart versiyanın hasilatının təxminən 245 at qüvvəsi olacağı güman edilir. Daha sonra 290 at qüvvəsinə sahib olan Golf GTI TCR modelinin varisi bazara çıxacaqdır. Buna baxmayaraq, GTI modeli yumşaq-hibrid "əlavəyə" sahib olmayacaqdır.

Golf GTD dizel versiyasına gəlincə, belə Golf elektrikləşdirilə və 48 voltluq şəbəkədən qıdalanan startyor-generatoru əldə edə bilər. Elektrik güc qurğusunun tərkibinə əvvəlki nəslindən götürülmüş 2,0-litrlik turbodizel daxil olacaqdır, lakin onun hasilatı hazırki 184 at qüvvəsinin və 380 Nm fırlanma anının üzərində olacaqdır. Dizel hetçbeki 6-pilləli mexaniki ötürmələr qutusu və ya 7-pilləli DSG "robotu" ilə sifariş etmək mümkün olacaqdır.

Image alt Image alt Image alt

Üst versiya sayılan Golf R modeli tam ötürmə sistemini qoruyub saxlayacaqdır. Onun mühərriki isə üçpilləli üfürmə ilə təchiz edilə bilər: iki turbokompressora elektrik üfürməsi dəstək verəcəkdir. Belə sxem Audi S6 modelində tətbiq edilir. Golf R Plus modelinin ümumi hasilatı 350 at qüvvəsindən çox olacaqdır.