Volvo şirkəti yeni nəsil V60 universalının bütün yollar üçün nəzərdə tutulmuş variantını təqdim edib. Volvo V60 Cross Country modeli 212 millimetrlik klirensə (+75 millimetr), tam çəkiş sisteminə (standart) və idarəetmə elektronikasının xüsusi yolsuzluq rejiminə sahib olub.

Yolsuzluq universal Scalable Product Architecture (SPA) model platformasında inşa edilibdir. Bu şassidən XC90 və V90 Cross Country modelinin istehsalında da istifadə edilir. Adi V60 universalı ilə müqayisədə yeni modelin şassi və asqısı yaxşılaşdırılmış yolsuzluq xarakteristikalarına sahib olublar.

Volvo V60 Cross Country modelinin təchizatına enişə yardım, döngələrdə dayanıqlılığa nəzarət, elektron stabilizasiya sistemləri və 130 km/saat həddinə qədər çalışan Pilot Assist avtopilotu daxil edilibdir.

Bundan başqa, universal Apple CarPlay və Android Auto tətbiqlərini və 4G LTE protokolunu dəstəklənən multimedia sistemi, yoldan çıxmanı xəbərdar edən sistem və parkinqdən arxaya hərəkət ilə çıxma zamanı yardım funksiyası ilə təchiz edilir.

İlkin olaraq, Volvo V60 Cross Country 225 və165 at qüvvəsinə malik olan benzin və dizel güc aqreqatı ilə təklif edəcəkdirlər. Sonradan avtomobilin mühərrik çeşidinə iki hybrid qurğu daxil ediləcəkdir. Bunlardan biri “yumşaq” hybrid, digəri isə məişət şəbəkəsindən qidalanan olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt