Elektrik güc aqreqatı ilə təchiz edilmiş Volvo XC40 krossoveri Android Automotive OS əməliyyat sisteminin idarə etdiyi məlumat-əyləncə kompleksi ilə təchiz olunacaqdır. Bu platforma Google-un əsas servislərini, xüsusi tətbiqləri və onların avtomatik olaraq yenilənməsini dəstəkləyir. Bundan başqa, ƏS-nin proqram təminatını “hava” vasitəsi ilə yeniləmək də mümkün olacaqdır.

Multimedia sisteminin ekranı vasitəsilə Google Assistant bulud yardımçısı, Google Maps kartoqrafik xidməti və Google Play Store tətbiq mağazası əlçatan olacaqdır. Səs komandalarınin köməkliyi ilə havalandırma və naviqasiya sistemini idarə etmək, Spotify kimi tətbiqlərdə musiqi və podkastları dinləmək, zənglər etmək və ismarıclar göndərmək mümkün olacaqdır. Bundan başqa, Google Assistant servisinin köməkliyi ilə ağıllı evdəki qurğulara əmrləri göndərmək imkanı da yaradılacaqdır.

Yeni mediasistemin xüsusiyyətlərindən biri elektron yardımçılar ilə sıx inteqrasiya olacaqdır. Məsələn, köməkçi sistemlər Google Maps xidmətinin yardımı ilə sürət məhdudiyyətləri , kəskin döngələr və ya tıxaclar barədə məlumatları əldə edəcəkdirlər. Nəhayət, mediakompleks Volvo On Call məsafədən idarəetmə xidmətinin tərkib hissəsi olacaqdır: mobil tətbiqin yardımı ilə batareyanın vəziyyətini yoxlamaq, krossoveri parkinqdə axtarmaq və ya qış aylarında salonu öncədən isitmək mümkün olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bir müddət bundan öncə, Volvo elektrik XC40 modelinin bir neçə eskizini dərc edərək, modelin markanın tarixindəki ən təhlükəsiz avtomobilin olacağını bəyan edib. Krossover dartma batareyasının və salonun müdafiəsini təmin edən gücləndirilmiş kuzova, həmçinin Zenuity, Volvo Cars və Autoliv şirkətlərinin proqram təminatı ilə çalışan aktiv təhlükəsizlik sistemləri kompleksinə sahib olacaqdır.