Volvo şirkəti ən çox satılan orta ölçülü XC60 krossoverini yeniləyib. 2022-ci model ilinin avtomobili, isveç markasının böyük yenilik adlandırdığı, Google xidmətlərinə qoşula bilən və Android sisteminə əsaslanan yeni multimedia sistemi sayəsində “daha ağıllı ”olub.

Quraşdırılmış Google xidmətləri Digital Services adlı rəqəmsal xidmətlər paketinin tərkibində abunə yolu ilə satılır. Bu paketə bulud əsaslı Google Assistant fərdi köməkçisi və Google Maps naviqatoru ilə yanaşı, Google Play tətbiqlər mağazasına giriş də daxildir. Bütün lazımi avadanlıqlar standart olaraq krossoverə quraşdırılır, abunə isə tamamilə rəqəmsaldır.

Android əməliyyat sisteminə əsaslanan multimedia sistemini ilk alan Volvo avtomobili, 2019-cu ilin payızında təqdim olunan XC40 Recharge elektrokarı olub. XC60 modeli isə, yeni multimedia sistemini alan ikinci Volvo avtomobili olacaqdır. Bununla belə, sistemin sensorlu ekranı əvvəlki kimi qalır və 8,7-düymlük diaqonalını qoruyub-saxlayıb.

Krossoverin avadanlıq siyahısına ADAS (Advanced Driver Assistance Systems) aktiv sürücü yardımçıları kompleksi daxildir. Bu kompleksin tərkibinə radar, kamera və ultrasəs sensorlarından alınan məlumatlar əsasında işləyən Pilot Assist yarı avtonom idarəetmə sistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş krossover zahiri cəhətdən sələfindən elə də fərqlənmir: XC60 modeli naxışı dəyişdirilmiş radiator barmaqlığını, dizaynı yenilənmiş ön bamperi, yeni kuzov rənglərini və təkər diskləri dəstni əldə edib. Salonda, yeni City Weave parçasından tərtibatı saymasaq, heç bir dəyişiklik baş verməyib.

Yenilənmiş Volvo XC60 modelinin yığılmasına may ayının sonunda başlanacaqdır. Volvo şirkəti XC60 modelinin 2009-cu ildən bəri isveç markasının bestselleri olaraq qaldığını və 2020-ci ilə qədər dünyada 1,68 milyondan çox krossoverin satıldığını xatırladıb. Keçən il 200 min krossover öz sahibini tapıb ki, bu da, Volvo markasının ümumi satışlarının 29 faizini təşkil edir.