Volvo şirkəti yenilənmiş XC90 krossoverini təqdim edib: beş və yeddi yerli salon ilə yanaşı, model salonun altıyerli quruluşuna, təkmilləşdirilmiş eksteryerə və güc qurğularına sahib olub.

Krossover əyləcləmə zamanı yaranan kinetik enerjini rekuperasiya edən sistemə malik olub ki, bu sistemlə təchiz ediləcək modellər əlavə «B» indeksi ilə işarələnəcəklər. Belə modelin rekuperasiyasız Volvo XC90 krossoverlərindən 15% qənaətcil və ekoloji olacağı bildirilir. Volvo XC90 T8 Twin Engine hibrid modifikasiyası da qorunub-saxlanılıbdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin zahiri görkəmindəki dəyişikliklər cüzi xarakter daşıyır: radiator barmaqlığı dəyişdirilmiş, yeni boyalar əlavə edilmiş və təkər disklərinin dizaynı dəyişdirilmişdir. Bundan başqa, salonun tərtibatı üçün nəzərdə tutulmuş materialların siyahısı genişləndirilib. Məsələn, əsl yun qarışığından hazırlanmış parça təklif olunur.

İkinci cərgədə iki ayrı kreslosu olan dəbdəbəli Excellence modifikasiyasına əlavə olaraq altıyerlı variant da peyda olub. Artıq dəbdəbəli variantı üç oturacaq cərgəsi ilə də təchiz etmək olar.