Avtomobil istehsalçılarının buraxdıqları məhsulun təhlükəsiz olmasına xüsusi diqqətlə yanaşırlar. Bunun səbəbi getdikcə sərtləşən tələblərdir. Buna görə də, krəş-testlərdən uğurla çıxmaq da çətinləşir.

ABŞ-ın Yol hərəkəti təhlükəsizliyinin sığortası institutu (IIHS) 2019-cu ilin VW Arteon modelinin sınaqlarını həyata keçirib. Carscoops nəşrinin bildirdiyinə görə, beşqapılı liftbek altı kateqoriyada əla nəticələr göstərsə də, LED fənərlər ucbatından Top Safety Pick mükafatını ala bilməyib.

Belə ki, IIHS ekspertləri Arteon modelinə öndən və yandan zərbələr zamanı sürücü və sərnişinlərin müdafiəsinə, oturacaq başlıqlarının və damın möhkəmliyinə, həmçinin 19 və 40 km/saat sürətində toqquşmaların qarşısını aldığına görə “yaxşı” qiymətini veriblər. Buna baxmayaraq, avtomobilin işıqdiodlarından hazırlanmış fənərləri “qeyri-kafi” qiymətini alıblar.

Pis qiymətin verilməsini avtomobilin LED fənərlərinin uzaq işıqlarının həddən ziyadə parlaq olması ilə əsaslandırıblar. Bir sözlə, fənərlər günün qaranlıq vaxtlarında digər hərəkət iştirakçılarının gözünü qamaşdırararaq görüş dairəsini məhdudlaşdırırlar.  Üstəlik, bu həm adi, həm də adaptiv fənərlərə aiddir.