Volkswagen şirkəti Şanxay avtosalonundan öncə keçirilmiş Brand SUV Night tədbirində koneptual ID ailəsinin yeni üzvü olan ID.Roomzz krossoverini təqdim edib. İri ölçülü elektrik krossoveri olan VW ID.Roomzz modelinin salonunu müştəri öz arzusuna uyğun olaraq konfiqurasiya edə bilər. Salon təribatında isə almadan hazırlanmış materialdan istifadə edilir.

VW ID.Roomzz modelinin dizyanı sadə və eynicinsli xəttlərin vəhdətidir. Kuzovun müxtəlif hissələri arasındakı hamar keçidlər krossoverin xarici görkəmini daha cəlbedici və aerodinamika cəhətdən əlverişli edir. Alman markasının baş dizayneri Klaus Bişoff avtomobilin bütöv metal parçasından yonulmuş monolit kimi səciyyələndirib. ID. Roomzz modelinin qabarit uzunluğu 4930 millimetr, eni – 1903 millimetr, hündürlüyü isə 1675 millimetrdir. Konseptin təkər bazasının uzunluğu 2965 millimetrdir.

Avtomobil dörd sürüşərək açılan qapı ilə təchiz edilib.Qapılar açılan zaman “salamlama ssenarisi işə düşür və müəyyən edilmiş ardıcıllıq ilə LED işıqlandırma aktivləşir: birinci loqotip, sonra gündüz hərəkət işıqları, işıqlanan yan zolaqlar və nəhayət üçölçülü arxa fənərlər salamlamaya qoşulur. Bununla bərabər, oturacaqlar 20 dərəcə dönərək salona daxil olmanı asanlaşdırır. Qapıların bağlanması ilə onlar ilkin vəziyyətlərinə qayıdırlar.

Salon minimalizm üslubunda tərtib edilib. Ənənəvi cihazlar panelini multimedia sisteminin13,8-düymlük ekranı, tamamlanmış reallığı olan proyeksiya displeyi və sükan çarxı birləşdirilmiş şüşə panel əvəz edir. Sükan çarxı transmissiyanın rejimlərini dəyişmək üçün taç-panellər və 5,8-düymlük əlavə displey ilə təchiz edilib. Bu displeydə naviqasiya sisteminin ismarıcları əks edilir.

Sərnişinlər dörd fərdi oturacaqda əyləşirlər ki, bu oturacaqların hər biri üç vəziyyətə malikdir. Adi ID. Drive rejimində onlar hərəkət istiqamətində şaquli vəziyyətdə durur, başlıqlar da qaldırılmış olurlar. Avtonom ID.Pilot rejimində oturacaqlar daxilə doğru 25 dərəcə dönürlər. ID. Pilot Relax rejimində istənilən oturacağın kürək hissəsini arxaya doğru açaraq dincəlmək olar.

Bort sistemlərin işləməsi barədə məlumat mənbəyi alın şüşəsinin aşağı hissəində olan ID.Light işıq zolağıdır. Bu zolaq aktiv hərəkət rejiminin, iqlım sisteminin və yardımçı funksiyaların statusunu əks etdirir. Müəyyən məlumatlar animasiyalı işıq ardıcıllığı ilə bütün sərnişinlərə ötürülə bilər. Bu məqsəd üçün qapı və tavandakı işıqlanan naxışlardan istifadə olunur.

VW ID.Roomzz modelinin təchizatına 22-düymlük təkər diskləri, interaktiv ön İQ.Light Matrix fənərləri, proqramlanan və naxışı fərdi şəkildə tənzimlənən arxa fənərlər, arxa şüşəyə quraşdırılmış əlavə stop-siqnal, bir neçə profili və salondakı havanın keyfiyyətini müəyyən edən, həmçinin aktiv filtrasiya sistemi olan CleanAir iqlim qurğusu daxildir. Salon tərtibatında şirə istehsalından sonra qalan alma qalıqlarından hazırlanmış süni AppleSkin dərisindən istifadə edilib. Salonun döşəməsi palıddan, dekorativ elementlər isə, lazerlə üzərinə naxışlar vurumuş parça əsaslı şpondan hazırlanıbdır.

ID.Roomzz modelinin dördüncü səviyyəli avtopilot sistemi ilə təchiz ediləcəyi ehtimal olunur. Pilotsuz rejimdə sükan panellər birlikdə geriyə çəkilərək salondakı məkanı genişlədir. Geriyə sürücü rejiminə keçdikdə isə, sükan hərkət istiqamətinə görə sinxronlaşdırılır və toxunuşdan sonra sükan sisteminə “birləşdirilir”.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrokar ümumi gücü 306 at qüvvəsi olan iki elektromotor ilə hərəkətə gəlir. 75 kilovatlıq mühərrik ön, 150 kilovatlıq isə arxa oxda yerləşir. Adi halda yalnız arxa ox işləyir, ön ox isə, arxa təkərlərin yerində fırlanması halında və ya məcburi şəkildə qoşulur. Yerindən 100 km/saat həddinə elektrokrossover 6,6 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 180 km/saatdır. Dolu batareya ilə krossover 450 kilometr qət edir. 82 kilovat-saatlıq batareya ənənəvi kabel ilə doldurmanı dəstəkləyir. Batareyaları induksiya metodu ilə də doldurmaq mümkündür. Onların 80 faizinin doldurulmasına 30 dəqiqə vaxt gərəkdir.

MEB platformasında inşa edilmiş VW ID.Roomzz kosneptinin seriya variantı 2021-ci ildə debüt edəcəkdir. Seriya krossoverinin satışları ilkin olaraq Çində başlanacaqdır.