Volkswagen şirkəti yenilənmiş Multivan modelini təqdim edib. Yenilənmiş ailənin ilk üzvü olan T6.1 elektromexaniki sükan gücləndiricisinə, yardımçı elektron sistemlərə və ABT Sportsline tüninq atelyesi ilə əməkdaşlıqda yaradılmış tam elektrik modifikaisyasına sahib olub.

VW dizaynerləri modelin zahiri görünüşünə düzəlişlər ediblər. Miniven daha nazik ön fənərlərə və radiator barmaqlığının yuxarı hissəsinə sahib olub. Yeni və daha məhsuldar mühərriklər iri hava girişlərinin mövcudluğunu tələb edib. Ön və arxa optika yeni tərtibata malik olub. Təchizat səviyyəsindən asılı olaraq, işıq texnikası tamamilə işıqdiodlarından da hazırlana bilər.

Hidravlik sükan gücləndiricisinin elektik variantına dəyişdirilməsi Multivan modelini yeni elektron köməkçi sistemlər ilə təchiz etməyə imkan verib. Minivenin standart təchizatına yandan əsən küləyi kompensasiya edən Cross Wind Assist funksiyası daxil edilib. Elektron yardımçılar sistemləri siyahısı isə, zolaqda saxlama funksiyası, avtomatik parklanma sistemi və qoşqu ilə arxaya hərəkət zamanı yardım edən Trailer Assist sistemi ilə zənginləşib.

Opsiyalar arasında bir neçə qrafika variantı olan 10,25-düymlük Digital Cockpit rəqəmsal cihazlar paneli, 9,2 -düymlük displeyi, onlayn-xidmətlərdən yararlanmaq imkanı və quraşdırılmış eSIM kartı olan, həmçinin səslə idarəetmə funksiyasını və Apple CarPlay tətbiqini dəstəkləyən MIB3 multimedia kompleksi də var. Miniveni 230 voltluq rozetka və ikiyerli sərnişin oturacağındakı kilidlənən qutu ilə də təchiz etmək olar. Uzunölçülü yüklərin daşınmasını təmin etmək üçün oturacaqların əsasını açıq sifariş etmək olar.

VW Multivan 6.1 Euro-6d standartına cavab verən 2,0-litrlik dizel mühərrikləri ilə təklif ediləcəkdir. Mühərrikin standart variantı 90 at qüvvəsinə malik olacaqdır. Bir qədər güclü variant 110 at qüvvəsi hasil edəcəkdir.  Mühərrik çeşidinin ən yüksək pilləsində isə 150 at qüvvəli 2.0 TDI mühərriki və 199 at qüvvəli 2.0 TDI Biturbo aqreqatı qərarlaşacaqdır. Güc aqreqatları DSG «robotu» və 4Motion tam çəkiş sistemi ilə tandemdə çalışacaqdırlar. Bundan başqa, Multivan ilk dəfə elektrik variantında təklif ediləcəkdir. 

ABT Sportsline atelyesi ilə birlikdə hazırlanmış model 112 at qüvvəli elektromotorla təchiz edilir. Batreyaların həcmi 38,8 və ya 77,6 kilovat-saat ola bilər. NEDC dövrünə əsasən elektrik Multivan 400 kilometr məsafə qət edə bilər. Yenilənmiş VW Multivan 6/1 miniveninin satışlarına payzıda başlanacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt