Texasda, cəmi 165 kilometrlik yürüş etmiş, 2012-ci ilin unikal Ferrari SP30 superkarı yenidən satışa çıxarılıb. Yeganə nüsxədə hazırlanmış idman avtomobilini, 2018-ci ildən bəri satmağa cəhd edirlər.

Ferrari SP30 sportkarı 2012-ci ildə Dubayda yaşayan iş adamı Çıraq Aryanın sifarişi ilə inşa edilmişdir. Eksklüziv avtomobil Ferrari 599 GTO superkarına əsaslanır, lakin zahiri cəhətdən modifikasiya edilmiş F12 Berlinetta və ya 812 Superfast modellərinə bənzəyir. Unikal idman avtomobilin sahibi onu ilk dəfə 2018-ci ildə satmağa cəhd göstərib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

O vaxtdan bəri, Ferrari SP30 avtomobil bir neçə dəfə ABŞ-da hərraca çıxarılsa da, satılmayıb. Sonradan avtomobili Fransada satmağa cəhd etsələr də, orada da alıcı tapılmayıb. Uğursuz cəhddən sonra, idman avtomobili yenidən ABŞ-a gətirilib və Texasda hərraca çıxarılıb.

Ferrari SP30 modeli 670 at qüvvəli 6,0-litrlik V12 mühərriki ilə təchiz edilmişdir. Güc aqreqatı altı pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Eksklüziv idman avtomobili 100 km/saat həddini 3,3 saniyəyə toplayır və 335 km/saatlıq maksimal sürətə malikdir. Avtomobilin odometrindəki göstərici cəmi 165 kilometrdir. Modelin qiyməti açıqlanmır. Qiyməti öyrənmək üçün birbaşa sorğu vermək gərəkdir.