Audi şirkətinin rəhbərliyi rəsmi olaraq Q3 modelinin yeni versiyasının təqdimat tarixini açıqlayıb. Bu məlumat Audi şirkətinin səhmdarlarının illik yığıncağında səsləndirilib.

Audi şirkətinin rəhbəri Brem Şott bir neçə vacib məqamlara toxunub. Sevindirici xəbərlər, Audi A8 bayraqdar modeli Horch indeksli ultradəbdəbəli versiyaya sahib olacağı, Q8 modelinin daha güclü versiyaları olan SQ8 və RS Q8 krossoverlərinin debüt edəcəkləridir. Ümumilikdə, Audi yeddi yeni krossover təqdim etməyi planlaşdırır. Kədərli xəbərlərdən isə, Audi TT və R8 modellərinin istehsalına son verilməsidir. Bu modellərin davamçıları olmayacaqdır. Onları elektrokarlar əvəzləyəcəkdir.

Image alt Image alt Image alt Image alt

Bu krossoverlərin arasında iyul ayında təqdimatı gözlənilən Audi Q3 Sportback kupe-krossoveri də var. Əvvəllər Audi şirkəti krossoveri Q4 adlandırmağa cəhd etsə də, sonunda kupe-kross Q3 Sportback adı ilə debüt edəcəkdir. Çox güman ki, Alfa Romeo bu ticarət nişanını almanlara güzəştə getməyib.

Çox güman ki, yeni Audi Q3 Sportback modeli cari Q3 krossoverindən kuzov forması ilə fərqlənəcəkdir. Hər iki model eyni texniki hissəyə malik olacaqdır. Bu isə, hər iki modelin bənzər güc aqreqatları, transmissiya və avadanlıqla təchiz ediləcəyindən xəbər verir. Yeri gəlmişkən, krossoverin elektrik variantı da Sportback indeksini daşıyacaqdır.