Növbəti nəsil Audi A4 modelinin sınaqlarına keçən ilin dekabr ayında başlanıb. Hər halda, kamuflyaja bürünmüş avtomobillər məhz keçən ilin sonunda casuslara rast gəliblər. Bu günə qədər casuslar bir neçə prototipin şəkillərini bölüşüblər, lakin ilk dəfədir ki, onlar Audi S4 Avant modelinin prototipini çəkməyə müvəffəq olublar.

Kamuflyaj örtüyünün altında “qaynar” universalın gizləndiyi barədə buraxılış sisteminin iki cütlənmiş çıxış borusu xəbər verir. Qeyd edək ki, keçən ay casusların Avstriya Alplarında rast gəldikləri adi A4 Avant universalı iki çıxış borusuna malik idi. Ümumilikdə “qaynar” universalın seriyaya tam hazır olmadığı görünür: məsələn, onun arxa fənərləri müvəqqəti həlldirlər.

Casuslar avtomobilin salonuna da nəzər salmağa imkan tapıblar. Şəkillərdə yeni rəqəmsal cihazlar panelinin geniş ekranını, Audi Q4 e-tron elektrokarındakına bənzəyən sükan çarxını və transmissiyanın daha yığcam selektorunu, habelə ön sərnişin oturacağındakı ölçmə cihazlarını görmək olar. Yeri gəlmişkən, interyerin də tam olmadığı diqqəti çəkir.

Audi şirkəti artıq 2025-ci ildə daxili yanma mühərrikləri olan avtomobillərin istehsalını dayandıracağını bəyan edib. Bir sözlə, yeni Audi S4 Avant modeli sonuncu yanacaqlı “qaynar” A4 universalı ola bilər. “Qaynar” universalın V6 mühərrikini qoruyub saxlayacağı da sual altındadır.

Audi universalı da yeni Mercedes-AMG C 43 kimi dördsilindrli hibridə çevrilə bilər. Bununa belə, Audi RS Avant modelinin plagin hibrid olacağı artıq məlumdur. Bundan başqa, indiki MLB platformasının təkmilləşdirilmiş variantına əsaslanacaq A4 ailəsi mexaniki ötermələr qutusundan məhrum ediləcək və yalnız yeddi pilləli “robot” və səkkiz pilləli “avtomat” ilə təklif olunacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Audi A4 modeli bu ilin sonuna qədər debüt etməli və 2023-cü ilin əvvəlində satışa çıxmalıdır. Daha sonra isə, növbə S və RS indeksli modellərə gəlib çatacaqdır. Paralel olaraq, A4 e-tron elektrik versiyası da buraxılacaqdır. Audi A4 e-tron modeli də, böyük qardaşı A6 e-tron modeli kimi PPE arxitekturasına əsaslanacaqdır. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.