Bentley şirkəti Flying Spur sedanının yeni nəslini nümayiş etdirib. Sedan Porsche Panamera modelinin platformasına, adaptiv Bentley Dynamic Ride asqısına və tam idarələnən şassiyə sahib olub.

Yeni Bentley Flying Spur sedanı Continental GT kupesinin üslubunda olan dizayna malikdir. Dördqapılı qrand-turer Porsche mühəndislərinin hazırladığı MSB platformasında inşa edilib. Avtomobilin ölçüləri də böyüyübdür. Yeni Flying Spur modelinin qabarit uzunluğu 5316 millimetr, eni 1978 millimetr, hündürlüyü isə 1484 millimetrdir. Beləliklə, yeni sedan sələfindən 17 millimetr uzun, 53 millimetr enli və 4 millimetr alçaqdır. Yeni sedanın təkər bazası da 130 millimetr artaraq 3194 millimetrə bərabər olub. Daha geniş baza arxa cərgədə olan məkanı artırmağa imkan verib. Avtomobilin konstruksiyasında alüminiumdan  geniş istifadə sayəsində onun çəkisi 38 kiloqram azaldılaraq 2435 kiloqrama bərabər olub.

Bentley Flying Spur modelinin təchizatına matrisa tipli işıqdiodlarından fənərlər, panoram tavan, 16 dinamiki və 1500 vatt gücü olan Bang&Olufsen səs sistemi , həmçinin 21-düymlük təkər diskləri daxildir. Əlavə ödənişlə Mulliner atelyesinin kataloqundan olan 22-düymlük təkər disklərini, 19 dinamiki və 2200 vat gücü olan Naim səs sistemini də sifariş etmək olar. Mərkəzi konsoldakı hərlənən panelin arxasında multimedia sisteminin 12,3-düymlük displeyi yerləşdirilib. Bundan başqa, aşağıda iki USB-giriş və smartfonların induksion doldurulması meydançası mövcuddur. Salon tərtibatında ilk dəfə olaraq Kryudakı mənzil-qərəgahın mütəxəssisləri tərəfindən hazırlanmış üçölçülü naxışları olan dəridən istifadə edilir.

Mərkəzi konsoldakı deflektorlkar B hərfini xatırladan formada tərtib ediliblər

Bundan başqa, arxa sərnişinlər avtomobilin multimedia və digər sistemlərinin tənzimləmələrini həyata keçirməyə imkan verən çıxarılan pulta malik olublar. Bu pult vasitəsi ilə oturacaqların və pərdələrin vəziyyəti tənzimlənir, onların qızdırılması, soyudulması və massaf funksiyası idarə olunur. Əlavə olaraq, pultun köməkliyi ilə klimat-kontrolu, səs sistemini, naviqasiya və ətraf işılqandırmasını da tənzimləmək olar.

Kapotun üzərindəki Flying B emblemi nəinki «üzə çıxır», o həm də avtomobilin sahibi yaxınlaşan zaman salamlama animasiyasına uyğun olaraq işıqlandırılır

Yeni Bentley Flying Spur sedanı Continental GT modelindən tanış olan 6,0-litrlik W12 mühərriki ilə təchiz edilir. İkiaxınlı turbokompressor cütlüyü ilə təchiz edilmiş aqreqat 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Mühərrik ZF firmasının ikimuftalı səkkiz pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Sedan 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir və 333 km/saatlıq maksimal sürət həddinə malikdir. 

Yeni sedan Panamera modelndən tam idarələnən şassini də alıb.  Bu isə, yüksək sürətlərdə manevrlər zamanı sabitliyi qoruyub-saxlamağa, aşağı sürətlər də isə idarəetməni yaxşılaşdırmağa imkan verib. Ön oxu qoşan muftaya malik olan tam ötürməli çəkiş sistemi fırlanma anını arxa oxa ötürür. Ön ox isə, yalnız arxa təkərlərin ilişməni itirməsi halında qoşulur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, yeni Bentley Flying Spur modelinin təchizatına 48 voltluq sistemdən qidalanan aktiv köndələn dayanıqlılıq stabilizatorları və amortizatorların sərtliyini tənzimləyən Bentley Dynamic Ride adaptiv asqısı daxil edilibdir. Flying Spur bu ana təklif edilən bütün elekton yardımçılar ilə təchiz olunur.

Yeni Bentley Flying Spur modelinin Azərbaycandakı satışlarına gələn ilin əvvəlində başlanacaqdır.