Los-Anjeles avtosalonunda yeni nəsil Mazda3 modeli debüt edib. Yeni model hetçbek və sedan kuzovları ilə nümayiş etdirilib. Mazda3 yeni dizayna və innovasion SkyActiv-X mühərrikinə və i-Activ AWD tam çəkiş sisteminə sahib olub.

Yeni Mazda3 modeli kuzovun burulmaya qarşı sərtliyini artıran birləşmələri, həmçinin zərbənin gücünü və titrəmələri azaldan dempferlənən zonaları olan Skyactiv-Vehicle arxitekturasında inşa edilibdir. Yeni model öndə McPherson asqısına, arxada isə yenidən hazırlanmış torsion tiri ilə təchiz edilir. Asqı yeni geometriyaya sahib olub.

Akustik və titrəyiş yükləməni azaltmaq üçün yeni Mazda3 modelinin təkərlərinin şaquli gedişi optimallaşdırılıbdır. Avtomobilin tavanında və döşəmə örtüyündə xüsusi səsboğan qatdan istifadə edilir. Modelin döşəməsi «iki divar» texnologiyasından istifadə edilərək hazırlanıbdır: kuzov və daxili örtük arasında qalan sərbəst məkan xüsusi lifli material ilə doldurulur.

Yeni Mazda3 modelinin mühərrik çeşidinə Skyactiv-G ailəsindən olan 1,5, 2,0 və 2,5-litrlik atmosfer mühərrikləri, 1,8-litrlik Skyactiv-D dizeli və yüksək qənaətcilliyə malik olan 2,0-litrlik benzin Skyactiv-X mühərriki daxil edilibdir. Sonuncu ötürməli kompressor və SPCCI (Spark Plug Controlled Compresson Ingition) texnologiyası ilə təchiz edilir. Bu, texnologiya yanacaq qarışığının dizel mühərriklərində olduğu kimi sıxılma ilə alışmasını təmin edir. İstehsalçı güc aqreqatlarının xarakteristikalarını açıqlamayıb. Güc aqreqatları altı pilləli mexaniki və avtomatik ötürmələr qutuları ilə tandemdə çalışa bilərlər.

Mazda3 modelinin yeni nəsli i-Activ AWD tam çəkiş sistemi ilə təchiz ediləcəkdir. Əvvəllər bu sistem Yaponiya bazarında satılan model üçün əlçatan idi. Tam çəkiş sistemi G-Vectoring Control Plus sistemi ilə tandemdə çalışır. Sonuncu sükanın dönmə bucağından, sürətdən və avtomobilə təsir edən gücləri hesablayaraq mühərrikin fırlanma anınıoptimal şəkildə bölür və təkərlərin şaquli yüklənməsinə nəzarət edir.

Yeni modelin standart təchizatına səkkiz dinamikli səs sistemi və i-Activsensü köməkçi sistemlər kompleksi daxil edilibdir. Sonuncunun tərkibinə infraqırmızı şüalar vasitəsi ilə sürcünün vəziyyətini və diqqət səviyyəsini təhlil edən sistem, köndələn istiqamətdə hərəkət edən avtomobilləri izləyən sistem və tıxac kruiz-kontrolu daxildir.

Yeni Mazda3 gələn ildən başalayaraq satılacaqdır. Avtomobil haqqında ətraflı məlumat satışların başlanmasına az qalmış veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt