Yeni nəsil Mazda6 modelinin növbəti nəsli barədə yeni məlumat peyda olub. Yeni model arxaçəkişli modul platformasında inşa ediləcək və hibrid güc qurğusuna malik olan kupeşəkilli kuzova sahib olacaqdır.

Yeni nəsil Mazda6 modelinin dizaynının 2017-ci ildə Tokyo avtosalonunda nümayiş etdirilmiş Mazda Vision Coupe konseptindən ilham alınaraq yaradılacağı söylənilir. Yeni dizayn növbəti nəsil Mazda6 modelini sələflərindən ciddi şəkildə fərqlənməsinə səbəb olacaqdır.

Bundan başqa, modelin kupe kuzovlu modifikasiyaya da sahib olacağı barədə şayiələr dolaşır. Yeni kupenin 2011-ci ildən bəri istehsal olunmayan rotorlu avtomobillərin şərəfinə RX indeksini alacağı da söylənilir.

Növbəti Mazda6 modeli BMW avtomobillərində olduğu kimi mühərrikin və ötürmələr qutusunun uzununa yerləşməsi olan yeni şassini əldə edəcəyi ehtimal olunur. Hazırda Mazda6 modelində köndələn quruluşlu platformadan istifadə edilir. Növbəti nəsil Mazda CX-9 krossoverinin və Gran Turismo kupesinin inşasında da yeni platformadan istifadə ediləcəkdir.

Image alt Image alt Image alt Image alt

Yeni Mazda6 modelinin top versiyaları yanan qarışığın sıxılma-alovlanması Skyactiv-X texnologiyasına malik olan altısilindrli mühərrik ilə təchiz ediləcəkdirlər. Mühərrik 48 voltluq startyor-generator və yüksək effektivlikli batareyalar dəsti ilə təchiz olunacaqdır. Bundan əlavə, opsional olaraq, tan ötürmə sistemi də təklif ediləcəkdir. Növbəti nəsil Mazda 6 modelinin 2022-ci ilin sonunda seriyaya gedəcəyi gözlənilir.

Mənbə: Car and Driver