Yeni on birinci nəsil Honda Civic modelinin debütünə sayılı günlər qalır: seriya avtomobilinin təqdimatı 28 aprel tarixində keçirilməlidir. Honda yeni modelə olan marağını artırmaq məqsədi ilə sedanının yeganə şəklini dərc edib. Ümumiyyətlə, Civic sedanının seriya variantı keçən ilin noyabr ayında göstərilən prototipi təkrarlayır, lakin radiator barmaqlığının üstündəki “dimdiyin” forması bir qədər dəyişdirilib, ön bamperin yan hissələrində isə duman işıqları peyda olub.

Avtomobilin interyeri və texniki hissəsi barədə məlumat iki həftədən sonra veriləcəkdir. Artıq avtomobilin əvvəlki şassidə inşa edildiyi məlumdur. Yeniliklər arasında genişlənmiş təkər izi və yeni təhlükəsizlik sistemləri var. Əsas məqam ondadır ki, Honda Civic modelinin buraxılacağı coğrafiya dəyişdiriləcəkdir.

Sedanlar Kanadada, Alliston şəhərindəki zavodda buraxılacaqdırlar. Hazırda həmin zavodda istefaya göndəriləcək Honda Civic sedanları istehsal olunurlar. Bir neçə ay sonra hetçbek kuzovlu model debüt etməlidir. Hetçbek artıq Böyük Britaniyada deyil, ABŞ-ın İndiana ştatındakı zovadda buraxılacaqdır. Honda Civic modelinin cari nəslinin istehsalına son verilməsi Britaniyadakı zavodun başlanması ilə müşayət olunacaqdır. Avropada yalnız idxal edilən avtomobillər satılacaqdır ki, onların da arasında Civic olmayacaqdır. Civic modelinin Türkiyədəki istehsalı da yaxın zamanda dayandırılacaqdır.

On birinci nəsil Honda Civic sedanı Amerika bazarında bu ilin yayında satışa çıxacaqdır. Onun ardınca beşqapılı hetçbek, “qaynar” Civic Si modeli (sedan üçün) və hibrid güc qurğusu ilə təchiz ediləcək “bərkgedən” Civic Type R hetçbeki işıq üzü görəcəkdir. Kupe kuzovlu versiya artıq olmayacaqdır - Honda ikiqapılı versiyadan imtina edib.