İkinci nəsil Opel Mokka krossoverinin təqdimatı zamanı yalnız Mokka-e elektrik versiyasının xüsusiyyətləri açıqlanmışdı. Elektrokar 136 at qüvvəli elektrik mühərrikivə 50 kilovat-saatlıq batareya ilə təchiz edilir. Təqdimat zamanı, krossoverin benzin və dizel aqreqatları ilə təchiz ediləcəyi də bəyan edilmişdi. İndi belə versiyalarla bağlı rəsmi məlumatlar dərc edilib və ən maraqlısı odur ki, ənənəvi daxili yanma mühərrikləri ilə təchiz edilmiş versiyalar güc baxımından elektrokardan zəifdirlər.

Məlum məsələdir ki, General Motors konserninin mühərriklərindən əsər-əlamət belə qalmayıb. Yeganə 1,2-litrlik benzin turbomühərriki iki modifikasiyada təklif edilir: baza mühərriki 100 at qüvvəsi və 205 Nm fırlanma anı təklif edir. Bu aqreqatın daha güclü versiyasının hasilatı 130 at qüvvəsi və 230 Nm təşkil edir. Hər iki aqreqat  6-pilləli mexaniki transmissiya ilə tandemdə işləyir, əlavə ödənişlə 130 at qüvvəli mühərriki 8-pilləli "avtomat" ilə tıəchiz etmək olar.

Mexaniki transmissiya və 130 at qüvvəli turbomühərrik ilə təchiz edilən Opel Mokka ən sürətli krossover sayılır: 100 km/ saat həddini 9.2 saniyəyə toplayan krossover, 202 km/saata sürətlənə bilir. Baza mühərrikli krossover bir qədər yavaşdır: o, 100 km/saat həddinə 11 saniyəyə sürətlənir və 182 km/saat maksimal sürət həddinə malikdir.

Mühəndislər 110 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,5-litrlik turbodizel və alternativsiz mexaniki transmissiya ilə təchiz edilmiş Mokka modelinin dinamik xüsusiyyətləri barədə hələlik mlumat verməyiblər. Maraqlıdır ki, hər üç mühərrik də startyor-generator şəklində elektrik əlavədən məhrumdur: elektrikləşdirmə hələlik bu aqreqatlara toxunmayıb.

Yeri gəlmişkən, Avropa bazarında oxşar mühərriklər ilə “qohum” Citroen C4 və Peugeot 2008 modelləri təklif olunurlsr, lakin onlardan fərqli olaraq, Mokka modeli 155 at qüvvəli 1,2-litrlik benzin turbomühərriki və 130 at qüvvəli 1,5-litrlik turbodizel ilə təchiz edilmir. Digər tərəfdən kiçik ölçülər və yüngül kuzov ən güclü mühərriklərin olmamasını qismən də olsa kompensasiya edir: mühəndislər yeni nəsil Mokka modelinin əvvəlki modeldən 120 kiloqram yüngül olduğunu iddia edirlər.

Image alt Image alt Image alt Image alt Image alt

Təəssüf ki, tam ötürməli versiya keçmişdə qalıb: PCA konserninin CMP platformasında inşa edilən yeni model, modifikasiyadan asılı olmayaraq, yalnız ön ğtürmə ilə təklif edilir. Zahiri cəhətdən daxili yanma mühərrikləri ilə təchiz edilən Opel Mokka modeli, elektrik versiyasından praktiki olaraq heç nə ilə fərqlənmir: daxili yanma mühərrikləri olan krossoverləri səsboğucu sistemin boruları, baqaj qapağına və orta dayaqlara vurulan “E” hərfinin olmaması sayəsində ayırd etmək olar.

Avropada yeni krossoverlərə sifarişlərin qəbulunun yaxın həftələrdə başlanmalıdır. Qiymət siyahısı isə bir müddət sonra açılanacaqdır. Cari ilin dördüncü rübündə krossoverlərin istehsalına başlamaq planlaşdırılır.