İnternet şəbəkəsində 992 nəsildən olan Porsche 911 Sport Classic kolleksiya sportkarının şəkilləri peyda olub. Sportkar 1973-cü ilin əfsanəvi Carrera RS 2.7 modelini bənzəyir və çox güman ki, modelin 50 illik yubileyinin şənlik tədbiri çərçivəsində təqdim olunacaqdır. Kupe orijinal dam və kapotu, habelə 550 at qüvvəli mühərriki və mexaniki transmissiyanı əldə edəcəkdir. Avtomobil məhdud sayda buraxılacaqdır. Əvvəlcə 992 nüsxənin buraxılacağı güman edilsə də, böyük ehtimalla, 1250 avtomobil yığılacaqdır.

2009-cu ildə Porsche Exclusive bölməsinin portfoliosu 911 Sport Classic kupesi ilə genişlənib. Kupe zahiri cəhətdən, xüsusən də "ördək quyruğu" baxımından 1973-cü ilin əfsanəvi Carrera RS 2.7 modelini təqlid edir və kiçik tirajı ilə seçilirdi - cəmi 250 nüsxə. Yeni 911 (992 seriyası) də belə versiyaya sahib olacaqdır. Bir neçə ildir ki, bu barədə şayiələr dolaşır, lakin yalnız indi avtomobilin rəsmi təqdimat materiallarından götürülmüş şəkilləri İnternetə sızdırılıb.

Sələfi kimi, 992 kuzovlu idman avtomobili də yuxarıya doğru qalxan spoyleri olan Carrera RS 2.7 modelinin üslubunda siluetə malikdir. Məlum olduğu kimi, sportkar tezliklə 50 illik yubileyini qeyd edəcək və yeni Sport Classic bu yubileyə mükəmməl bir hədiyyədir. Kupe Sport Classic Grey rənginə boyanacaq, “yarış” zolaqları və rondellərlə bəzədiləcəkdir. Eyni zamanda, yeni sportkarın fərqli dama və kapota, Fuchs təkər disklərinə malik olduğunu, interyerin isə qəhvəyi dəri və “houndstooth” naxışlı tekstillə üzləndiyini görmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şayiələrə görə, 911 Sport Classic modeli 550 at qüvvəli 3,8-litrlik biturbo mühərriklə təchiz ediləcəkdir. Transmissiya - yalnız mexaniki ötürmələr qutusudur. Təbii ki, idman avtomobilinin tirajı məhdud olacaqdır. Əvvəlcə tirajın 992 nüsxə olması nəzərdə tutulurdu, indi isə söhbət 1250 avtomobildən gedir.Yeni 911 Sport Classic modelinin şəkillərinin İnternetə sızdırılması, onun debütünün yaxın olduğundan xəbər verir .

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.