Cənubi Koreyadan olan jurnalistlər yenilənmiş Kia Stinger modeli barədə təfərrüatları öyrənməyə müvəffəq olublar. Restaylinq nəticəsində liftbekin eksteryerində müəyyən dəyişikliklərin olacağı gözlənilir. Bununla belə, Stinger modelinin mühərrik çeşidi tamamilə dəyişəcəkdir. Hazırda təklif edilən 2,0- və 3,3-litrlik mühərriklər, Smartstream ailəsindən olan yeni 2,5- və 3,5-litrlik aqreqatlar ilə əvəzlənəcəkdirlər.

Yenilənmiş Stinger modelini arxa fənərlərin dəyişdirilmiş naxışları sayəsində ayırd etmək olar. Diod zolaqdan üfüqi hissələrin lehinə imtina edilib. Arxa fənərləri stop-siqnalın vahid zolağı birləşdirir, Kia emblemi yerini model adı yazılan sözlə əvəzlənib, arxa bamperin alt hissəsi də dəyişdirilib. Bundan əlavə, Kia Stinger GT özünəməxsus cizgilərə sahib olacaqdır - bunlar buraxılış sisteminin iri çıxış boruları və fərqli bir dizayna malik olan diffuzordur.

Ön tərəfdəki əsas dəyişiklik fənərlərin daxili tərtibatındadır: indi fənərin ikində iki blok deyil, dörd blok vardır, diodlardan hazırlanmış gündüz hərəkət işıqları düz formaya malik olublar. Həmçinin yeni dizaynı olan təkər disklərinin də təklif ediləcəyi gözlənilir. Top versiyaların salonunda virtual cihazlar paneli və 10,25-düymlük sensorlu ekranı olan təkmilləşdirilmiş multimedia sistemi quraşdırılacaqdır.

Kia Stinger modelinin baza versiyası daha güclü olacaqdır: 255 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0 litrlik mühərrikdən 304 at qüvvəsi və 422 Nm fırlanma anı hasil edən 2,5-litrlik T-GDI əvəzləyəcəkdir. Liftbekin top versiyası olan Stinger GTmodeli də artırılmış güc xarakteristikalarına malik olacaqdır - 370 at qüvvəsi və 510 Nm fırlanma anı hasil edən 3,3-litrlik V6 mühərrikini 380 at qüvvəsi və 530 Nm fırlanma anı malik olan 3,5-litrlik mühərrik əvəzləyəcəkdir.

Bu aqreqatlardan artıq ikinci nəsil Genesis G80 biznes sedanında istifadə olunur, lakin Stinger modelinin təchiz etdiyi 2,2-litrlik turbodizelin aqibəti məlum deyil. Koreyalı avtomobil istehsalçısı turbodizeli mühərrik çeşidində saxlaya da bilər, lakin dizel modifikasiyasına olan cüzi tələbat bu versiyadan imtina edilməsinə də səbəb ola bilər.

Kamuflyaj örtüyü olmayan prototiplərinin sınaqdan keçirilməsi yenilənmiş liftbekin yaxın zamanlarda təqdim ediləcəyindən xəbər verir. Yenilənmiş Kia Stinger modelinin dəqiq debüt tarixi hələlik açıqlanmayıb, lakin Cənubi Koreyada yenilənmiş liftbek avqust ayının sonunadək təqdim oluna bilər.

Bu modelin ikinci nəslinin perspektivləri yenilənmiş liftbekin satışlarından asılıdır. Liftbekin göstərdiyi satış nəticələri heç də Kia şirkətini qane etmir. Bu səbəbdən də, modelin ikinci nəslinin taleyi sual altındadır.

Mənbə: TheKoreanCarBlog