Bu gün arabiandrive.com saytında yenilənmiş Nissan Patrol ofrouderinin cəsus şəkilləri dərc edilib. Ofrouder tanınan dizaynını qoruyub saxlamaqla yanaşı yeni işıq texnikasına, bamperə, radiator barmaqlığına və baqaj bölümünün qapağına sahib olub. Bundan başqa, avtomobilin interyerini təkmilləşdiriblər.

Bununla belə, ofrouderin interyerində ciddi dəyişiklik yoxdur. Nissan mühəndisləri ön panelin dizaynını yeniləmiş, iki sensorlu ekranı quraşdırmış və sükan çarxını dəyişdirmişdirlər. Çox güman ki, yenilənmiş ofrouder genişlənmiş avadanlıq siyahısına və yeni tərtibat materiallarına malik olacaqdır.

Modelin mühərrik çeşidində dəyişikliyin olacağı gözlənilmir. Nissan Patrol 275 at qüvvəli 4,0-litrlik və 400 at qüvvəli 5,6-litrlik mühərriklər ilə təklif olunur. Yenilənmiş ofrouder yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində təqdim olunmalıdır. BƏƏ bazarı Nissan üçün vacib bazarlardan biridir.

Mənbə: arabiandrive.com