AvtoVAZ şirkəti 2018-ci ildə üç yeni və yenilənmiş modeli nümayiş etdirmək niyyətindədir. Bun barədə məlumatı «Peterburq iqtisadi forumunda» istehsalçının rəhbəri Nikolya Mor vermişdir.

«X-code modeli istisna olmaqla, Moskva beynəlxalq avtomobil salonunda nümyaiş etdirilmiş bütün modellərin məntiqə uyğun müddətlətdə istehsalına başlana bilər.2018-ci ildə üç modeli nümayiş etdirmək planlaşdırılır. Bunların sırasında həm yeni, həm də restaylinq keçmiş modellər də olacaqdır», - Nikolya Mor bildirmişdir.

Nikolya Mor həmçinin bu ilin yayında Lada Vesta modelinin universal kuzovlu variantı və onun yolsuzluq üçün olan variantının - Vesta Cross modelinin təqdim ediləcəyini söyləmişdir. Yüksək vəzifəli menecer bundan sonra 4x4 və Granta modellərinin növbəti nəsilləri üzərində işə başlanacağını qeyd etmişdir.

Eyni zamanda, Mor avtomatik ötürmələr qutusu ilə təchiz edilmiş modellərin də buraxılması məsələsinə baxıldığını da bildirmişdir. Onun sözlərinə görə, bu məsələ Renault şirkətinin rəhbərliyi ilə müzakirə edilir. Hazırda Lada modelləri bir muftalı «robot» və mexaniki ötürmələr qutusu ilə təchiz edilirlər.