"AvtoVAZ" şirkəti Lada 4x$ modelinin kuzov rəngləri çeşidinə yeni rəngi daxil edib. Bu, əvvəllər məhdud saylı yubiley seriyasından olan ofrouderlər üçün təklif edilən kamuflyaj rəngidir.

Kuzovun kamuflyaja boyanmasını Luxe təchizat səviyyəsinə məxsus olan üçqapılı ofrouder üçün sifariş etmək mümkündür. Opsiyanın qiyməti 29 min rubl (864 manat) təşkil edir. Boya iki mərhələdə hazırlanır: ilkin olaraq qara boya vurulur, sonra isə iki çalardan ibarət naxışlar çəkilir. Əgər avtomobildə yüngül lehimli disklər quraşdırılıbsa o zaman onları da qara rəngə boyayırlar.

Lada 4x4 Luxe 83 at qüvvəsi və 129 Nm fırlanma anı hasil edən 1,7-litrlik mühərrik ilə təchiz edirlər. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Kamuflyajlı ofrouderin minimum qiyməti 534900 rubldur (15940 manat). Ofrouderin təchizatına qızdırılan ön oturacaqlar, elektrik şüşə qaldırıcıları və iki 12-voltluq giriş daxildir.