AvtoVAZ şirkəti yenilənərək FL (facelifting) indeksinə sahib olmuş Lada Largus modelinin eksteryer dizaynını nümayiş etdirib. İlkin olaraq istehsalçı Cross "yolsuzluq" versiyası üzərindən sirr pərdəsini götürməyə qərar verib.

Gözlənildiyi kimi, yenilənmiş universa X üslubunda dizayna malik olan ön hissəni əldə edib. Eyni zamanda, model daha iri radiator barmaqlığına, Renault Logan modelinin üslubunda olan işıq texnikasına, yeni bamperlərə, habelə Lada Vesta modelindən alınmış yan güzgülərə sahib olub. Bundan əlavə, Largus Cross xüsusi dizayna malik olan təkər diskləri ilə təklif ediləcəkdir.

AvtoVAZ salonun şəkillərini hələ təqdim etməyib, lakin yenilənmiş interyer onsuz da müxtəlif casus şəkillərində açıqlanıb. Şəkillərdən göründüyü kimi, universal, Renault Duster modelindən xrom haşiyəsi və quraşdırılmış multimedia sistemi olan mərkəzi konsolu, Lada XRay modelindən - oturacaqları, Vesta modelindən isə sükan çarxını və pəncərələrin idarəetmə bloku olan qapı kartlarını götürüb.

Yenilənmiş Lada Largus modeli, əvvəlki 87 və ya 106 at qüvvəsinə sahib olan 1,6-litrlik,benzin mühərriki ilə təchiz ediləcəkdir. Mühərrik beş pilləli mexaniki transmissiya ilə tandemdə çalışır. AvtoVAZ şirkəti Lada Largus FL modelinin satışının başlama tarixini də açıqlayıb: yeniləmiş universal 2021-ci ilin birinci yarısında bazara çıxacaqdır. Yenilənmiş modelin qiymətləri və təchizat səviyyələri barədə məlumat daha sonra açıqlanacaqdır.