Bu gün Bakıda keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” konfransı çərçivəsində Azərbaycan Respublikasının İdman nazirliyi ilə Formula One Group arasında yeni müqavilə bağlanıb.

Müqaviləni Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri və Azərbaycan Respublikasının idman naziri Azad Rəhimov imzalayıblar. Yeni müqaviləyə əsasən, Azərbaycan 2023-ci ilə qədər Formula 1 çempionatının mərhələsinə ev sahibliyi etmək hüququnu əldə edib. Xatırladaq ki, qüvvədə olan müqavilə 2020-ci ilə qədər yarışların keçirilməsini nəzərdə tutrdu.