Rusiyanın sənaye və ticarət nazirliyi Aurus şirkətinin rəhbərliyinin dəyişdirildiyi barədə məlumat verib. Əvvəllər Daimler şirkətində işləmiş Gerhard Hilberti Ford Sollers birgə müəssisəsinin rəhbəri Adil Şirinov əvəzləyəcəkdir.

Hilbertlə birlikdə Aurus şirkətini bir neçə top-menecer də tərk edəcəkdir. Adil Şirinov şirkətin baş direktoru olacaqdır. Xatırladaq ki, həmyerlimiz Ford Sollers BM ilə yanaşı UAZ şirkətinə də rəhbərlik edir. Şirinovun marketinq üzrə müavini Rolf şirkətlər qrupunun sabiq baş direktoru Tatyana Lokovetskaya olacaqdır.

Nazirlik qəfil dəyişikliklərin səbəbini açıqlamayıb. Çox güman ki, Franz Gerhard Hilbertin komandası qarşılarına qoyulan tapşırığı tam yerinə yetirə bilməyib. Bununla belə, Hilbert baş direktorun məsləhətçisi qismində şirkətdə işləməyə davam edəcəkdir.