BAIC konserni keçən il 426.000 nesxəlik tirajla satılan və Çin bazarının ən populyar elektromobili olan Wuling Mini EV hetçbeki ilə mübarizəyə qoşulub. Hələ bu ilin əvvəlində Çin istehsalçısı üçqapılı BAW S3 mikroavtomobili nümayiş etdirib, lakin nəticədə konveyerdə BAW markası altında iki unifikasiya olunmuş avtomobil çıxıb.

BAW Change Mini EV

Baza modelin rolu Çin ay ilahəsi Çanenin adını daşıyan BAW Change Mini EV hetçbekinə qismət olub. Format və təchizat baxımından o, Wuling brendinin mikroavtomobilinə mümkün qədər yaxındır.

Mikrokarın uzunluğu 2998 millimetr, eni - 1498 millimetr, hündürlüyü isə, 1585 millimetrdir. Təkər bazasının ölçüsü 2050 millimetrdir. Öndə McPherson dayaqları, arxada isə bütöv körpüsü olan aparıcı ox var. Təkər disklərinin ölçüsü 13 düymdür.

BAW Change Mini EV

Salon formal olaraq dörd nəfər üçün nəzərdə tutulub, lakin ikinci sıra çox dardır və bu halda heç bir baqaj bölməsində söhbət belə gedə bilməz. Baqajı yerləşdirmək üçün arxa divanın bütöv kürək hissəsini qatlamaq lazımdır. Mikrokarın təchizatına sadə media sistemi, kondisioner və elektrik pəncərələri daxildir.

BAW Change Mini EV modeli 24 at qüvvəsi və 74 Nm hasil edən elektrik mühərriki ilə təchiz edilir, litium-dəmir-fosfat dartma batareyasının tutumu isə cəmi 9,9 kilovat/saatdır. Buna görə də, hətta pasport  üzrə yürüş məsafəsi köhnəlmiş NEDC dövrünə əsaəsn cəmi 116 kilometrdir. Boş çəkisi 610 kiloqram olan mikrokar 80 km/saata qədər sürətlənə bilir. Qiymətlər – təchizat səviyyəsindən asılı olaraq, 4 200 – 4 900 dollara arasında dəyişir.

BAW Yuanbao

Daha tələbkar müştərilər üçün isə, BAW Yuanbao modeli nəzərdə tutulub. Bu, eyni mikrokarın yaxşılaşdırılmış təchizata və xarakteristikalara malik olan başqa versiyasıdır. O, halogen fənərlərin əvəzinə LED fənərlər ilə təchiz edilir, yeni bamperlər sayəsində isə, Yuanbao versiyasının uzunluğu 164 millimetr artıb. İnteryerdə hər birinin diaqonalı 10,25 düym olan iki ekranı birləşdirən vahid panel var. Media sistemi İnternetə çıxışa və Wi-Fi nöqtəsinə malikdir. Opsiyalar siyahısında dairəvi müşahidə kameraları, park sensorları və parlaq rəngdə "dəri salon" var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yuanbao modelinin elektrik mühərriki 27 at qüvvəsi və 85 Nm təklif edir. 9,9 kilovat-saatlıq standart batareya ilə yanaşı, 13,6 kilovat/saatlıq variantı da seçmək olar. İki versiyanın boş çəkisi müvafiq olaraq, 693 və 740 kiloqramdır, pasport üzrə yürüş ehtiyatı isə, 120 və 170 kilometrdir. Yuanbao mikrokarının maksimal sürəti 100 km/saata çatır. Çindəki dilerlər BAW Yuanbao modeli üçün 5 100 – 7 500 dollar istəyirlər.

Artıq hər iki mikroavtomobilin istehsalına başlanılıb. BAIC konserni isə, aralarında pikap, böyük miniven və elektrik furqonu olan bir sıra yeni modelləri hazırlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.