Artıq bir neçə gündür ki, sürücülərmizi parklanma və nişanlama sahəsində edilmiş bir sıra yeniliklər narahat edir. Bu məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə, 106 FM radiostansiyasındakı “Prime Time” verlişinin aparaıcıları Bakı Nəqliyyat Agentlinin mətbuat katibi Mais Ağayev ilə əlaqə saxlayaraq sürücüləri narahat edən məsələlərə aydınlıq gətirməyi xahiş ediblər.

Natiq Zərbəliyev. Ilk sualımız evakuatorlarla, yəni avtomobillərin təxliyyəsi ilə bağlıdır. Xahiş edərdik ki, bu məsələyə aydınlıq gətirəsiniz. Təxliyyə prosesi necə baş verəcəkdir?

Mais Ağayev. Sualınız görə təşəkkür edirəm.  Bildirmək istəyirəm ki, 6 iyul 2018-ci il tarixində cənab Prezidentin imzaladığı fərmana əsasən, Bakı Nəqliyyat Agentliyinə bir sıra əlavə səlahiyyətlər verilib. Bu səlahiyyətlər arasında dayanma-durma yerlərinin idarə olunması, təxliyyə prosesinin həyata keçirilməsi, eyni zamanda, yeni parklanma yerlərinin – avtomobil dayanacaqlarının yerinin müəyyənləşdirilməsi vardır. Hazırda bu səlahiyyətlərin icrası ilə bağlı hazırlıq işləri həyata keçirilməkdədir və artıq bu işlər yekunlaşmaq üzrədir. Ötən gün Nazirlər kabineti bu səlahiyyətlərdən irəli gələn məsələlər ilə bağlı qərar da qəbul edib.

Bu gün insanları, əsasən də sürücüləri narahat edən və maraqlandıran başlıca məsələ təxliyyə prosesinin necə həyata keçirləcəyidir. Müvafiq qanunvericilikdə bu aydın şəkildə göstərilibdir: nəqliyyat vasitələrinin təxliyyəsi o zaman həyata keçirəcəkdir ki, həmin nəqliyyat vasitəsi digər hərəkət iştirakçılarına maneçilik törədir, xüsusən də piyadaların hərəkətini məhdudlaşdırır. Nəqliyyat vasitəsinin sürücüsünün onun yanında olmadığı halda, təbii ki, nəqliyyat vasitəsi təxliyyə olunaraq saxlama məntəqələrinə aparılacaqdır. Əgər nəqliyyat vasitəsinin sürücüsü dayanma-durma qaydalarını pozubsa, lakin onun avtomobili digər hərəkət iştırakçılarına maneə yaratmırsa, bu halda sürücüyə qarşı yalnız inzibati cəza tətbiq ediləcəkdir. Yəni, nəqliyyat vasitəsi ərazidən təxliyyə edilməyəcəkdir.

N.Z. Bəs avtomobillərin təxliyyə ediləcəyi dayanacaqlar harada təşkil olunacaqdır?

M.A. Bu sahədə Bakı şəhərinin müvafiq qurumaları ilə birlikdə təhlillər aparılıb və nəticələr  yekunlaşmaqdadır. Hazırda bu proses dayanacaqların yerləşməsi ilə bağlı son mərhələyə qədəm qoyub və bu işlər tam yekunlaşdıqdan sonra ictimayyətə müvafiq məlumat veriləcəkdir. Məsələn, sizin efir vasitəsi ilə də əlavə məlumat veriləcəkdir.

Ruslan Musayev. Söhbət eyni zamanda parklanma icazə verilən yerlərdən gedir, elə deyil mi?

M.A. Bəli, bu sahədə də işlər aparılıb və şəhər ərzasində bu məqsəd üçün əlverişli məkanların araşdırılıb aşkar edilməsi üzrə bir sıra tədbirlər həyata keçirilibdir. Bu meydançalar, bu zonalar təsnifatlaşdırılacaq və onların yaradılması barədə qərar üəbul edildikdən sonra BNA tərəfindən ictimayyətə əlavə məlumat veriləcəkdir.

N.Z. Mais müəllim,  qeyd etdiniz ki, əgər nəqliyyat vasitəsi qadağan edilmiş yerdə dayanıbsa və heç kimə mane olmursa, o zaman təxliyyə edilməyəcəkdir, yalnız cərimələnəcəkdir. Bəs qərarı kim qəbul edəcəkdir, Dövlət Yol Polisi, yoxsa Bakı Nəqliyyat Agentliyi?

M.A. Əlbəttə ki, Bakı Nəqliyyat Agentliyi. Bu prosesein həyətə keçirilməsi üçün gərək olan avadanlıqlar mövcuddur və sahədə də lazımi işlər aparılıbdır. Qayda pozuntularının qeydə alınması BNA Nəqliyyatı intellektual idarəetmə mərkəzinə məxsus olan kameralar və xüsusi avadanlıqlar vasitəsi ilə həyata keçiriləcəkdir. Hazırda bu avadanlıqlar  test rejimində çalışırlar. Biz istəyirik ki,parklanma yerlərinin, ümumiyyətlə, BNA-nə verilmiş yeni səlahiyyətlərin idarə olunmasında elə bir avtomatlaşdırılmış  sistem quraq ki, o insan faktorunu maksimum dərəcədə azaltmış olsun.

Məsələn, xüsusi avadanlıqlar tərəfindən aşkarlanmış qayda pozuntuları vahid bazaya ötürülərək emal ediləcək, sonra isə müvafiq elektron protokollar tərtib olunacaqdır.

N.Z. Son sualımız yeni nişanlama, xalq arasında “sarı tor” deyilən nişanlama ilə bağlıdır. Hələlik bu yalnız bir yolayrıcında burulubdur.  Xahiş edirik ki, bu barədə dinləyicilərimizə məlumat verərdiniz. Başqa yolayrıclarında də belə “torların” çəkilməsi planlaşdırılırmı?

M.A. Sarı kəsişmə toru nişanlanmasının tələbi ilə bağlı siz özünüz müsahibədən öncə daha ətraflı və izahedici məlumat  verdiniz. Mən isə qeyd etmək isitərdim ki, Bakı şəhərinin ərazisində apardığımız təhlillər günün pik saatlarında 74 yol kəsişməsində tıxacların müşahidə olunduğundan xəbər verir. Pilot layihə olaraq,bu nişanlamanı ilk dəfə  Bakıxanov prospekti ilə Səməd Vurğun küçəsinin kəsişdiyi yerdə tətbiq edilibdir. Lakin, sarı kəsişmə toru nişanlanması müvafiq qanunvericilikdə əksini tapdıqdan sonra həmin 74 yolkəsişməsində də bu nişanlanma tətbiq ediləcəkdir.