Barselonada keçirilən testlərin üçüncü günü əlverişsiz hava şəraiti ucbatından korlanıb.

Qar yağması səbəbindən Kataloniyadakı avtodrom yalnız günortadan sonra açılıb.  Buna baxmayaraq şərait heç də testlərin keçirilməsi üçün uyğun olmayıb. Buzlu və sürüşkən trekə beş pilot çıxmağa ürək edib. Onlardan ikisi - Robert Kubitsa və Markus Eriksson bir dövrə vurmaqla kifayətləniblər. Daniel Rikkardo və Brendon Hartli iki dövrə vurublar.

Yalnız Fernando Alonso baş verənlərii vecinə almayıb. İkiqat dünya çempionu 11 dövrə vuraraq vaxt qeydə almış yeganə pilot olub. O, 2,18.545 zamana imza atıb. Bu nəticə dünən göstərilmiş zamandan bir dəqiqə yavaşdır. Bu gün Barselonada havanın düzələcəyi gözlənilir. Sinoptiklər havanın temperaturunu plyus 14 dərəcəyə kimi yüksələcəyini bildiriblər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt