Şənbə günü Belçikanın Spa-Frankorşamps trekində keçirilən təsnifat mərhələsi Mercedes pilotu Lyuis Həmiltonun qələbəsi ilə başa çatıb. Britaniyalı pilot əsas rəqibi olan Sebastyan Fetteli 0,7 saniyə üstələməyə müvəffəq olub. Esteban Okon üçüncü, Serxio Peres isə dördüncü olublar.

Sırlamanın ilk iki seqmenti quru hava şəraitində keçsə də, üçüncü seqmentdə yağış yağmağa başlayıb. Pilotlar trekə slik təkərlərində çıxsalar da, sonradan onları yağış təkərlərinə dəyişməli olublar. Bununla belə, sessiyanın sonuna yaxın Trek qurumağa başlayıb və bundan istifadə edən Həmilton aralıq yağış təkərləri ilə hər kəsdən yeyin olub.

Sebastyan Fettel ikinci nəticəni göstərib. Yeni-köhnə Racing Point Force İndia komandasının pilotları isə ikinci sıranı zəbt etməyə müvəffəq olublar.

Bu uğurun səbəbi Kimi Rəykkonenin və hər iki Red Bull Racing pilotlarının sessiyanın sonunda trekə çıxmamaları olub. Beləeliklə Romen Qrojan bu gün beşinci yerdən start alacaqdır. Onun arxasınca start düzlüyündə Kimi Rəykkonen, Maks Ferstappen, Daniel Rikkardo sıralanıblar.

Kevin Maqnussen və Valtteri Bottas beşinci sıradan start alacaqdırlar. Hava yağmursuz olarsa, Valtteri Bottasdan başqa digər pilotlar SuperSoft təkərləri ilə başlayacaqdırlar. Cəza almış Valtteri yarışa Soft təkərləri ilə başlayacaqdır.