Bentley şirkəti Continental GT Convertible modelinin Almaniyanın ən məşhur regionu olan Bavariyaya həsr edilmiş versiyasını təqdim edib. Unikal kabrioletin üzərində Mulliner atelyesinin mütəxəssisləri işləyiblər. Avtomobilin tərtibatında istifadə edilən rəng sxemi federal torpağın bayrağını təmsil edir.

Unikal kabrioletin dizaynı üzərində britaniya markasının baş stilisti Ştefan Zilaff işləyib. O, Bavariyanın təbii gözəlliyindən ilham alaraq kabrioletin kuzovunun boyanması üçün Glacier White (Buzluq ağı), dam örtüyü üçün isə, Imperial Blue (İmperia mavisi) rəngini seçib. Bu rənglər Bavariya bayrağının rənglərini təqlin edirlər. Bundan başqa, bayraqdakı naxışları avtomobilin qanadlarında və oturacaq başlıqlarında da aşkar etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt

 “Bavariya” kabrioletini Mulliner Driving Specification dəstindən olan 22-düymlük təkər diskləri və radiator barmaqlığının xrom barmaqlığı sayəsində də tanımaq olar. Bu obrazı Glacier White rəngində şpon və mavi dəri ilə örtülən ön panel tamamlayır.

Avtomobil texniki cəhətdən dəyişməyib. Bentley Continantal GTC Bavaria Edition by Mulliner 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik iki turbokompressorlu W12 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı səkkiz pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Kabriolet 100 km/saat həddini 3,8 saniyəyə toplayır. Bentley  Continental GTC modelinin maksimal sürəti 333 km/saat təşkil edir.