Bentley şirkəti Mulliner atelyasi tərəfindən hazırlanmış və məhdud sayda buraxılacaq Flying Spur sedanını təqdim edib. İdman aksentlərinə malik olan sedanlar V8 və W12 mühərrikləri ilə təklif ediləcəkdirlər.

Bentley Flying Spur Design Series modelini bu model üçün nəzərdə tutulmuş istənilən mühərriklə sifariş etməkl mümkündür. Bunlar 507 at qüvvəli V8 mühərriki, həmçinin 625 və 635 at qüvvəli 6,0-litrlik W12 mühərrikləridir. Xüsusi seriyadan olan avtomobillər beş kuzov rənginə və interyerin tərtibat növünə malik olacaqdır. Eksteryerdə rəngli haşiyələrdən istifadə edilibdir ki, bu da avtomobilin bamperlərində və yan tərəflərində olan rəmngli xəttlərdən ibarətdir.

Eyni zamanda, xüsusi sedanlar 21 düymlük təkər diskləri ilə də təchiz ediləcəkdirlər.

Flying Spur Design Series sedanlarının interyerində titan əlavə olunmuş karbondan hazırlanmış elementlərdən istifadə edilmişdir. Britaniya istehsalçısının bildirdiyinə görə, bu material ilk dəfədir ki, avtomobildə istifadə olunur. Əvvəllər bu materialdan aviasiyada istifadə edilmişdir. Salonda həmçinin oturacaqların ikiqat üzlənməsi də tətbiq edilmişdir.

Belə ki, dərinin alt qatı rəngi ilə seçilir və üst qatın dəlikli dərisidən görünür. Bundan əlavə, interyerdə sıfır nişanı olan sükan çarxı, kandarların işıqlandırmasını və onlara həkk edilmiş «Mulliner» yazılarını görmək olar. Avtomobillərin qiyməti barədə heç bir məlumat verilməyib. Xüsusi seriyadan olan avtomobillərdən 100 nüsxəlik tirajla buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt