Məlum olduğu kimi, Rusiya bazarı bir çox istehsalçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Bentley şirkəti də belə istehsalçılardan biridir. Bu səbəbdən də dəbdəbəli avtomobillərin istehsalçısı sırf Rusiya bazarı üçün nəzərdə tutulmuş və bu ölkənin zəngin mədəni irsi nümayiş etdirən Russian Heritage seriyasını təsis edib.

Xüsusi seriyadan olan avtomobillərin yaradılması  Mulliner bölməsinə həvalə olunub.  Rus seriyasından olan avtomobillərin siyahısını Bentley Bentayga Speed Russian Heritage krossoverlərinin xüsusi partiyası açır.

Texniki cəhətdən krossover dəyişməyib: model 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12biturbo mühərriki və avtomatik transmissiya ilə təchiz edilir. Kuzov da standartdır.

Mulliner atelyesinin vəzifəsi yalnız rus baletinin estetikasının əks etdirildiyi interyer tərtibatının yaradılmasıdır. Russian Heritage seriyasında olan altı avtomobilin hər birinin öz adı var: Adagio, Allegro, Arabesque, Fouette, Pirouette və Royal.

Hər bir krossover kuzovun unikal boyasına (seçilən dam da daxil olmaqla), geniş qara dekora və 22-düymlük təkər disklərinə sahib olacaqdır. Marka emblemi olan qapı altı işıqlandırması seriyanın adı ilə tamamlanır, qapı kandarlarında xüsusi seriyanın adı olan lövhələr quraşdırılıb.

Avtomobillərin salonları rəqqasların siluetləri ilə bəzədilib: belə siluetlər oturacaqların kürək hissəsinə  və ön panelə həkk ediliblər. Avtomobillərin adından göründüyü kimi, hər bir krossoverin fərqli balet elementlərini nümayiş etdirən siluetlər dəsti var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Russian Heritage seriyasından olan avtomobillərin istehsalına artıq başlanılıb və bu ilin sonunda müştərilərə təhvil veriləcəkdir. Avtomobillər Britaniya markasının Moskvada fəaliyyət göstərən iki dileri arasında bölünəcəkdir. Xüsusi seriyadan olan krossoverlərin qiymətləri açıqlanmayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.