Bentley şirkəti gələn həftə qapılarını ziyarətçilərin üzünə açacaq Cenevrə avtosalonunda yeni modelin təqdimatının baş tutacağını bəyan edib. Yeni modeli britaniya avtoistehsalçısının yeni icraçı direktoru və direktorlar şurasının sədri Əndi Hallmark təqdim edəcəkdir.

Bununla belə, Bentley şirkəti yeni model haqqında heç bir məlumat verməyib.

Britaniya istehsalçısı Cenevrədə səkkiz silindrli mühərriklə təchiz edilən Bentayga krossoverini və yeni nəsil Continental GT kupesini təqdim edəcəkdir. Eyni zamanda Bentley stendində Mulliner atelyesi tərəfindən hazırlanmış Flying Spur sedanı da nümayiş etdiriləcəkdir. Böyük ehtimalla, debütü hazırlanan model Bentayga krossoverinin hybrid modifikasiyası olacaqdır. 

Əvvəllər Bentley şirkətinin Piks Payks yarışları üçün xüsusi olaraq hazırlanmış Bentley krossoverini təqdim edəcəyi də bildirilmişdir. Bentley bu avtomobilin köməyi ilə amerikan trassasının rekordunu qeydə almaq fikrindədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt