Bu il koronavirus pandemiyası ucbatından Cenevrə avtosalonu ləğv edildi, lakin bəzi markalar 2021-ci ildə də bu avtosalondan imtina etmək niyyətindədirlər.

COVID-19 pandemiyası bu il Cenevrədə keçirilməli olan avtosalonun ləğvinə gətirib çıxarıb. Üstəlik, bu hadisə avtomobil istehsalçılarının sərgilərə olan münasibətini də dəyişib. Autocar nəşrinin bildirdiyinə görə, Aston Martin və Bentley şirkətləri 2021-ci ildə də Cenevrəyə gəlməcəklər. Bentley şirkətinin baş direktoru Ədrian Hollmark, şirkətin bu cür tədbirlərdə iştirakının mütləq olmadığını bildirib. Aston Martin şirkətinin direktoru Əndy Palmer də həmkarını dəstəklədiyini söyləyib.

2020-ci ildə həm Aston Martin, həm də Bentley Cenevrə avtosalonunda yeni rodsterləri nümayiş etdirməyi planlaşdırırdılar, amma sonunda təqdimatlar onlayn şəkildə keçirilib. Görünən odur ki, istehsalçılar bu təcrübəni gələcəkdə yeni modellərin təqdimatında tətbiq etmək niyyətindədirlər. Cenevrə 2021-ci ildə keçiriləcək Cenevrə avtosalonuna, demək olar ki, bir il vaxt qalır. Buna görə də, Britaniya şirkətlərinin düşünməsi üçün kifayət qədər zamanları vardır.