Bentley şirkəti Mulliner atelyesi tərəfindən 2015 -ci ildə inşa edilmiş unikal Mulsanne Grand Limousine sedanlarını satır. Dəbdəbəli interyerə malik olan beş sedanın hamısı Birləşmiş Ərəb Əmirliklərindən olan bir müştəri tərəfindən tərəfindən alınmışdı, lakin bu günə qədər avtomobillərdən istifadə olunmayıb və onlar qeydiyyata alınmayıblar.

Sonunda Britaniya markasının BƏƏ-dəki rəsmi dileri olan Bentley Emirates şirkəti nadir Mulsanne sedanlarını sahibindən geri alıb və indi onlara yeni alıcılar axtarırlar.

Altı il əvvəl yaradıldığı zaman, Mulsanne Grand Limousine modeli indiyə qədər Mulliner atelyesinin buraxdığı ən dəbdəbəli sedan idi. Modelin kuzovu bir metr uzadılmış, damı isə 79 millimetr qaldırılmışdır. Ümumilikdə, salonda altı oturacaq var - arxadakı dörd oturacaq sərnişinlər üzbəüz oturması üçün xüsusi olaraq yerləşdiriliblər. Sərnişinləri sürücüdən elektroxrom şüşə ayırır - bir düyməyə basmaqla bu şüşəni tündləşdirmək mümkündür. Sürücü ilə əlaqə quraşdırılmış telefon vasitəsilə həyata keçirilir.

Limuzinlərin sərnişin bölməsində içkilər üçün xüsusi bölmə, habelə şampan şüşəsi və büllur qədəhlər dəsti olan ayrı soyuducu var. Bütün oturacaqlar qatlanan masalar, planşetlər və yükləmə qurğuları ilə təchiz olunublar. Əlavə olaraq, Mulliner ustaları hər bir arxa oturacaq üçün temperaturu ayrıca tənzimləməyə imkan verən yeni klimat-kontrol sistemini hazırlayıblar.

Avtomobillər bir-birindən rəng sxemlərinə görə fərqlənirlər. Məsələn, fotoşəkillərdəki limuzin Moroccan Blue və Silver Frost rənglərinə boyanmış kuzova və qoz ağacından hazırlanmış işləmələrlə bəzədilmiş salona malikdir. Limuzinlərdən digəri qara Black Crystal və bənövşəyi Damson, üçüncüsü qara Onyx və qırmızı Candy Red rənglərinə boyanıblar. Həmçinin qırmızı kapotlu və damlı (Rubino Red) və açıq qəhvəyi Light Gazelle kuzovu olan variant da var.

Yalnız bir modelin kuzovu bir rənglidir - belə sedan tamamilə Black Sapphire rənginə boyanıb. Qara rəngli Grand Limousine modeli seçilən tünd qoz ağacından hazırlanmış dekor ilə bəzədilmiş mavi-açıq qəhvəyi rəngli interyerə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bütün avtomobillər 512 at qüvvəsi və 1020 Nm fırlanma anı hasil edən 6 ¾ litrlik kanonik səkkizsilindrli mühərriklə hərəkətə gəlirlər. Bentley Emirates altı illik eksklüziv limuzinlərin satışından nə qədər vəsait əldə etməyi planlaşdırdığı bilinmir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.