Yenidən canlandırılmış Bizzarrini firması ikinci modelini - Giotto superkarının şəkillərini nümayiş edib. Superkar Corcetto Cucaronun yaratdığı dizayna, V12 atmosfer mühərrikinı və robotlaşdırılmış transmissiyaya sahib olacaqdır. Çox güman ki, onun tirajı məhdudlaşdırılacaqdır. Giotto superkarı 2024-cü ildən sonra satışa çıxmalıdır. Brendin ilk modeli 60-cı illərdə istehsal olunmuş idman avtomobilinin replikası olub: bu modelin ictimai yollara çıxışı yoxdur, ondan yalnız retro sportkarların yarışlarında və özəl trek günlərində istifadə etmək olar.

Corcetto Cucaronun imzasını daşıyan modelin buraxılacağı barədə bəyanat 2021-ci ilin əvvəlində verilib. Eyni zamanda, 1964-1968-ci illər arasında istehsal edilmiş orijinal 5300 GT modelinin replikası olan və məhdud sayda buraxılan Bizzarrini 5300 GT Revival Corsa 24/65 idman avtomobili təqdim olunub. Retro-kupenin istehsalına artıq başlanılıb, ona görə də Bizzarrini firması növbəti layihəsi - Giotto superkarı (Cotto Bizzarrininin şərəfinə) haqqında danışmaq qərarına gəlib.

Məlumat çox qısa alınıb və təfərrüatlarla bol deyil. Modelin dizaynı üzərində GFG Style studiyasının sahibləri Corcetto Cucaro və oğlu Fabrizio işləyib. Bertone studiyasında çalışan Cucaro 5300 GT modelinin dizaynını yaradıb. Bizzarrini bu kupeni əfsanəvi hesab edir və Giotto modelinin eksteryeri klassik avtomobilin müasir təsfiri olmalıdır. Buna misal kimi, ön hissədəki ikili kəsiklər və üçbucaqlı arxa dayaqlar göstərilir.

Superkar klassik nisbətlərə sahib olacaq və "təmizlik, autentiklik və unikallığı" qiymətləndirən təcrübəli sürücülərə ünvanlanacaqdır. Səkkiz pilləli DCT “robotu” ilə birlikdə çalışan V12 atmosfer mühərriki “təmizliyə” cavabdeh olacaqdır. Avtoidman dünyasından götürülmüş texnologiyalar və istehsal prosesləri, kompozit şassi və heyrətamiz gözəllikdə karbon kuzov bəyan edilir. Giotto superkarı inanılmaz dərəcədə praktik və dəbdəbəli olmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt

Superkarın sınaqlarına 2024-cü ildə başlanmalıdır. Superkar Bizzarrini firmasının 10-illik strategiyasının əsasını təşkil edəcək və zamanla bir neçə versiyanı alacaqdır. Tarixi modellərdən ibarət olan Revival xətti də unudulmayacaqdır. Bununla belə, şirkət öz gələcəyi barədə ətraflı açıqlama verməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.