BMW şirkəti seriya kuzovu olan gələcək i4 elektrokarını ilk dəfə iki il bundan əvvəl nümayiş etdirib. Lakin, bu müddət ərzində avtomobilin üzərindəki kamuflyaj örtüyü heç də azalmayıb - elektrokarın eksteryeri əvvəlki kimi kamuflyaj örtüyünə bürünüb. Elektrik güc qurğusuna sahib olan yeni Gran Coupe modelinin hazırlanması getdikcə uzanır, ancaq şirkət heç nə olmamış kimi, vaxtaşırı olaraq texniki məlumatı dərc edərək i4 layihəsini xatırlatmağa çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu dəfə yaradıcılar elektromobilin inkişaf testləri zamanı çəkilmiş videoçarxı yayımlayaraq, i4 modelinin 2019-cu ildə elan edilmiş dinamik xüsusiyyətlərini təsdiqləyiblər. Xatırladaq ki, əvvəllər elektromobilin 530 at qüvvəli elektrik güc qurğusu ilə təchiz olunduğu və BMW i4 modelinin 100 km/saat həddinə  dörd saniyəyə sürətləndiyi açıqlanmışdı. Daha əvvəl olduğu kimi, şirkət elektrokarın dolu batareya ilə 600 (WLTP) kilometrə qədər məsafə qət edə biləcəyini iddia edir. Daha sonra isə, standart modelə “bərkgedən” M-versiyası qoşulmalıdır.

BMW i4 modeli Münhendəki zavodda istehsal olunacaqdır - istehsalın başlanmasına hazırlıqlar davam edir. Bu o deməkdir ki, seriya elektrokarının təqdimatına və satışlarının başlanmasına az qalıb.