Bu günlərdə internet şəbəkəsində BMW iNEXT konseptual elektrik krossoverinin fotoşəkilləri peyda olub. Konsept gələcəyin nəqliyyat vasitələrini nümayiş etdirmək üçün hazırlanıbdır.

Alman istehsalçısı konsepti media nümayəndələrinə qeyri-adi üslubda - BMW Vision iNext World Flight aviaturu zamanı nümayiş etdirəcəkdir. Əmtəə variantının debütü 2021-ci ilə planlaşdırılan iNEXT modeli iX3 elektrik krossoverindən sonra BMW markasının ikinci modeli olacaqdır.

BMW AG direktorlar şurasının sədri Harald Kryüger yeni elektrokrossoverdə bütün əsas texnologiyaların cəmləşəcəyini bildirib. Bunlar elektrik güc aqreqatı, Şəbəkəyə daimi qoşulma və avtonom idarə etmə sistemidir.

Alman konserninin strateji planına əsasən 2025-ci ildə BMW şirkəti 25 yeni elektrikləşdirilmiş model buraxmalıdır. Onlardan on ikisi sırf elektromobil olmalıdır. Ən güclü elektrokarlar 800 at qüvvəsinin üzərində gücə malik olacaqdırlar. Yerindən 100 km/saat həddinə belə avtomobillər üç saniyədən az müddətə sürətlənəcəkdirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt