BMW şirkəti Sports Activity Vehicle (SAV) seqmentinə aid olan iX elektrik krossoveri təqdim edib. Yeni krossover alman markasının dizayn, elektrifikasiya və avtonom idarəetmə sahəsindəki son nailiyyətlərini nümayiş etdirir. Modelin seriya istehsalına 2021-ci ilin ikinci yarısında alman istehsalçısının Dinqolfingendəki zavodunda başlanacaqdır.

Seriya elektrik krossover uzunluğu və eninə görə BMW X5 modeli ilə müqayisə edilə bilər. Onun hündürlüyü isə X6 krossoveri ilə eynidir. Elektrokarın oxlar arasındakı məsafə düz üç metrdir. BMW iX modeli çıxan qapı tutacaqlarına, çərçivəsiz yan qapılara və kuzovun bütün arxa hissəsini tutan arxa qapıya malikdir. Digər dizayn xüsusiyyətləri arasında bu günə qədər BMW avtomobillərində quraşdırılan ən nazik fənərlər (LED standartdır, lazer işıq texniukası isə opsiyadır), həmçinin kameraları, radarları və digər sensorları özündə cəmləşdirən ənənəvi barmaqlığın yerini tutan panel vardır.

BMW şirkətindən bildirildiyi kimi, poliuretandan hazırlanmış örtük xırda cızıqların öz-özünə yox olmasına imkan verir. Bunun üçün avtomobilin otaq temperaturunda olan məkanda 24 saat qurması kifayət edir. Yaxud beş dəqiqə ərzində isti hava verilərsə.

Elektromobili 500 at qüvvəli ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlir. Krossover 100 km/saat həddinə beş saniyədən az müddətə sürətlənir. Avtomobil istehsalçısının bildirdiyinə görə, "100 kilovat-saatı aşan" batareya tutumu sayəsində, iX modeli elektrik cərəyanı yükləmədən WLTP dövrünə əsasən 600 kilometrdən çox məsafə qət edə biləcəkdir.

Adi elektrik şəbəkədən batareyanın tam doldurulmasına 11 saat gərəkdir. Bununla birlikdə, daha sürətli variant da nəzərdə tutulur: enerji ehtiyatının 80 faizini 200 kilovatlıq terminaldan 40 dəqiqə ərzində doldurmaq mümkündür. 10 dəqiqə ərzində isə, yürüş ehtiyatını 120 kilometrə qədər artırmaq mümkündür.

BMW iX krossoveri Bavariya markasının yeni avtonom idarəetmə və parketmə funksiyalarını alan ilk modeldir. Bundan əlavə, krossover 5G rabitə protokolunu dəstəkləyir və avtomobilin hesablama gücü digər BMW avtomobillərdən iki dəfə çox məlumatı emal etməyə imkan verir.

Elektrokrossoverin digər maraqlı xüsusiyyətlərindən biri də, şüşəyuyanın qabının kapotun üzərindəki loqotipin altında gizlədilmiş boru başlığıdır. Bundan başqa, arxa qapıdakı emblemə inteqrasiya edilmiş arxa görüntü kamerasıdır.

Ön panelin əksər hissəsini 12,3-düymlük virtual cihazlar panelini və multimedia sisteminin 14,9-düymlük ekranını özündə birləşdirən əyri ekran tutur. Orta konsol iki səviyyəyə bölünüb: yuxarı hissədə transmissiyanın yeni keçid açarı, alt hissədə isə stəkanaltılar, smartfon üçün simsiz doldurma cihazı, 12V giriş və iki USB-C portu yerləşir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əsas avadanlıqların siyahısına 12 dinamik və 205 vatlıq gücləndirici daxil ediləcəkdir. Opsional olaraq 18 dinamikli Harman/Kardon sistemi təklif ediləcəkdir. Alternativ olaraq, ümumi gücü 1615 kilovat 30 dinamikli Bowers & Wilkins Surround Sound səs sistemi mövcuddur. Bundan əlavə, baza versiyası üçün 20-düymlük təkər diskləri bəyan edilib. Adi disklərdən 15% daha yüngül olan 21 və 22 düymlük Air Performance Wheels təkər diskləri isə opsiyadır.

Daha əvvəl BMW iX modelinin X5 krossoverindən daha bahalı olacağı bildirilmişdi: ABŞ-da elektromobilin top versiyası 100 min dollardan baha başa gələcəkdir. Şimali Amerika bazarında ən bahalı BMW X5 M50i modelinin qiyməti 82 min dollar təşkil edir.