BMW şirkəti “qaynar” M8 modelini üç kuzov tipi ilə istehsal etmək niyyətindədir. BMW Blog portalının məlumatına əsasən, model xəttinə kupe, kupeşəkilli sedan və kabriolet kuzovlu avtomobillər daxil olacaqdır.

Hər üç variant - ikiqapılı kupe, dördqapılı kupe və kabriolet, - BMW 6-Series modellərini əvəzləyəcək 8-Series xəttindən olan modellərin top variantları olacaqdırlar.  Bu qəlibdən olan ilk M-modeli 2019-cu ildə buraxılışı nəzərdə tutulmuş ikiqapılı kupe olacaqdır. Kabriolet və kupeşəkilli sedan bir il sonra debüt edəcəkdirlər.

Qeyri-rəsmi məlumatlara görə, M8 modelləri 4.0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdirlər. Mühərrikin gücü 600 at qüvvəsi olacaqdır ki, bunun sayəsində də avtomobillər 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənəcəkdirlər. 

Yeni nəsil 8-Series modelləri hazırki 7-Series bayraqdar modelinin bazasında yaradılacaqdırlar. Ehtimallara görə, yeni model zahiri cəhətdən Gran Lusso konsepti ilə bənzərlik daşıyacaqdır. Bu konsept BMW və Pininfarina diazyn atelyesinin mütəxəssislərinin birgə səyiı ilə yaradılmışdır. Bir müddət bundan öncə, alman istehsalçısının 825, 830, 835, 850, 860, M850 və M8 nışanları da daxil olmaqla bir neçə yeni əmtəə nişanını qeydiyyatdan keçirdiyini bildirmişdirk.