BMW konserninin motosikl istehsal edən BMW Motorrad şirkəti markanın gələcəyə görüşünü nümayiş etdirən yeni konsepti təqdim etmişdir. Concept Link adını almış yeni konsept tənzimlənən oturacağa və müxtəlif funksiyaları idarə edən sensorlu düymələrə malikdir.

Zahiri cəhətdən skuter, futurustik dizaynı ilə yanaşı, qeyri-adi forması ilə seçilir. Konsept çox alçaq, eyni zamanda kənara çıxarılmış arxa təkər sayəsində uzun alınmışdır.  Concept Link prototipinin oturacaqları uzununa tənzimlənir ki, bu da bir yerli skuteri iki yerliyə çevirməyə imkan verir.

Skuterin daha bir maraqlı xüsusiyyəti oturacağın altında yerləşdirilmiş əşyalar üçün nəzərdə tutulan qutudur. Qutuya giriş yan tərəfdəndir.

Cihazlar panelinin və bir sıra sistemlərin göstəriciləri öndəki sensorlu displeyə ötürülür. Bununla bərabər, sökan dəstəklərininyanında proqramlana bilən sensor düymələri yerləşdirilmişdir.

Konsept elektrik qurğusu ilə hərəkət edir. Bu qurğu haqqında yeganə məlum olan, onu qidalandıran batareyaların skuterin altında yerləşdirilməsidir. Konseptual skuterin nümayişi Concorso d’Eleganza Villa d’Este zəriflik müsabiqəsində keçirilmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt