BMW Motorrad şirkəti Komo gölünün sahilindəki d’Este malikanəsində keçirilən Concorso d’Eleganza Villa d’Este müsabiqəsində klassik BMW R5 motosiklinin 80 illik yubileyinə həsr edilmiş R5 Hommage konseptinin nümayişini keçirmişdir. 1936-ci ildə təqdim edilmiş BMW R5 modeli, o zaman motosənayenin gələcək inkişafına təsir göstərmiş ən mütərəqqi texnologiyalarla təchiz edilmişdir. BMW konstruktorları R5 modelini yaradan zaman 1935-ci ilin 500 kub santimetr mühərriki olan yarış motosiklindən ilham almışdırlar.

Bavariyalı mühəndislərin tətbiq etdikləri yüngülləşdirilmiş rama o illər üçün əsil inqilabi irəliləyiş olmuşdu. Klassik dizayn elementlərini və kastomayzinq aləminin dəbdə olan əlamətlərini özündə cəmləyən BMW R5 Hommage konsepti müasir simaya malik olan əsil motosikli tərənnüm edir. Bu aparat klassik motosiklin müasir kastomayzinq dünyası ilə uyğunlaşmasının bariz nümunəsidir. Motosiklin döyünən ürəyi əsil motofanatlardan biri olan Sebastyan Quç tərəfindən təqdim edilmiş 500 sm3 iş həcmi olan iki silindirli mühərrikdir.

Əsil kastoma layiq olduğu kimi, R5 Hommage sıfırdan yaradılmışdır. Çatmayan detalların yenidən hazırlanması üçün, 30 ildən artıqdır ki kastomları yaradan tanınmış ustalar Ronni və Benni Norenlər cəlb edilmişdirlər.

Rama, benzin çəni, təkər topları, arxa asqı və qanad da daxil olmaqla bir çox elementlər bu ustaların əl işinin məhsuludurlar. Ən vacib olanı da, bu detalların R5 motosiklinə məxsus olan əsil turist ruhunu özündə daşımasıdır.

Original BMW R5 motosikli gücü 24 at qüvvəsi olan iki silindirli dörd taktlı mühərriklə hərəkətə gəlirdi. Yüngülləşdirilmiş ramanın tətbiqi nəticəsində motosilkin çəkisi ciddi çəkildə azaldığından, R5 135 km/saat həddinə kimi sürətlənə bilirdi. Faktiki olaraq, R5 modeli 33 at qüvvəli 750 kubluq mühərriki olan R17 modeli ilə eyni xarakteristikalara malik olduğu üçün, ondan tez-tez yarışlarda istifadə edilirdi.  

BMW R5 Hommage modelinin mühərrikinin ən parlaq elementlərindən biri, onun gücünü ciddi şəkildə artıran ötüməli kompressordur.  Paslanmayan poladdan hazırlanmış səsboğucu sistem motosikli xüsusi «saundtreklə» təmin edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt