BMW Individual bölməsi Yaponiya bazarı üçün nəzərdə tutulmuş Nishijin Edition adlı məhdud saylı seriyadan olan BMW X7 krossoverini təqdim edib. Xüsusi nəşrin tirajı cəmi üç nüsxə ilə məhdudlaşdırılıb və onların hər biri 16,8 milyon yenə (259 min manat) başa gələcəkdir.

Avtomobillərin salonu BMW Individual kataloqunda olan dekorativ elementlər, bahalı Merino dərisi və nəfis Nishijin-ori parçası ilə bəzədilir. Belə avtomobillər Doğan Günəş ölkəsinin ənənəvi sənətkarlıq növləri ilə maraqlananlar tərəfindən layiqincə qiymətləndiriləcəklər.

Nisizin-ori, əslən Kyotonun Nisizin bölgəsində hazırlanan ənənəvi yapon tekstilidir. Üç yüz il əvvəl olduğu kimi, bu tekstil düyü kağızından, qızıl-gümüş folqadan və boyalı ipək saplarıdan hazırlanır. Bu parça üzərində naxışlar tikilmiş kimi görünür, amma əslində bu toxunmuş bütov parçadır.

BMW X7 Nishijin Edition modelində ən azından mərkəzi dirsəkaltı nisizin-ori parçası ilə örtüləcəkdir - tavandakı parça yalnız tərtibatın ümumi ideyasını göstərir. Tekstil, 1889-cu ildə qurulan Kano-ko atelyesində hazırlanır, bununla belə, dirsəkaltında istifadə edilən tekstilin toxunma texnikası bir qədər dəyişdirilib: ipək, Merino dərisindən nazik zolaqlar və Rakugei Kobo şirkətinin hazırladığı folqa ilə hörülüb. Parçadakı ağ elementlər Kyoun və ya xoş buluddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bütün digər dekor BMW Individual fərdiləşdirmə bölməsinin məhsuludur. Məsələn, xüsusi seriyadan olan X7 krossoveri üçün titan oksidi ilə örtülmüş alüminium oksididən hazırlanmış plitələrindən ibarət olan Xirallic piqmentli qeyri-adi Ametrine boyası seçilib. Metal çiləmələri sayəsində boya günəşdə parlayır və rəngini dəyişir. Krossoverin oturacaqları fil sümüyü rəngli Merino dərisi, tavanı isə alkantara ilə örtülüb.

Nishijin Special Edition krossoveri 12.500.000 yenə satılan X7 xDrive40d Design Pure Excellence modifikasiyasına əsaslanır. Krossover 48 voltluq hibrid sistemi olan 3,0-litrlik altısilindrli turbodizel (340 at qüvvəsi və 700 Nm), səkkiz pilləli avtomat və tam ötürmə sistemi ilə təchiz olunur. Sifarişçilər avtomobillərini bu ilin sonuna qədər almalıdırlar.