BMW şirkəti bu ilin ən çox gözlənilən yeniliklərindən birinin - XM krossoverinin ilk tizerini dərc edib. BMW M idman bölməsi tərəfindən yaradılmış krossover 29 noyabr tarixində hibrid güc qurğusu olan konsept statusunda debüt edəcəkdir. Bununla belə, gələkdə konsept müstəqil seriya modelinə çevriləcəkdir. Lakin konseptin bölünmüş optikaya sahib olub-olmayacağı hələlik sual altındadır.

Alman istehsalçısı rəsmi açıqlamasında XM konseptinin flaqman modellərinin yeni dizayn üslubunu nümayiş etdirdiyini bildirib. Eyni zamanda, konseptin M bölməsinin son 50 ildəki ən səs-küylü təqdimatı olacaqdır. Qeyri-rəsmi məlumatlara görə, krossover müstəqil X8 M modelinə çevriləcək və ölçülərinə görə X7 modeli ilə müqayisə ediləcəkdir. Konseptin 4,4-litrlik V8 biturbo mühərrikinin əsasında yaradılmış qoşulan hibrid güc qurğusu ilə təchiz ediləcəyi məlumdur. Güc qurğusunun ümumi hasilatı 750 at qüvvəsinə yaxın olmalıdır.

Həm XM konsepti, həm də X8 M modeli böyük ehtimalla, CLAR platformasının X7 modelindəki variantında inşa ediləcəkdirlər. Bu platforma öndə iki qollu, arxada isə çoxqollu asqıya, adaptiv amortizatorlara və pnevmodayaqlara malikdir. Lakin zahiri cəhətdən X7 və X8 M modeli arasında bənzərlik olmayacaqdır. Bu həm kuzovun formasına, həm də ön tərəfin tərtibatına aiddir - XM/X8 M modellərinin iki mərtəbəli ön fənərlərə malik olacağı gözlənilir.

Təəssüflər olsun ki, tizerdə heç nə görünmür. Bununla belə, iri kəsikləri olan ön bamperi, üçbucaqlı gündüz hərəkət işıqlarını, radiator barmaqlığının işıqlandırılan haşiyəsini, sındırılmış kapotu və M-modelləri üçün xarakterik olan aerodinamik yan güzgüləri görmək olar. Qalan təfərrüatlar 29 noyabr tarixində açıqlanacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.