May ayının ortalarında BMW şirkəti yenilənmiş 5 Series modelinin ilk tizerini dərc edərək, onun debüt tarixini və məkanını açıqlayıb. Eyni zamanda, alman istehsalçısı yenilənmiş BMW 5 Series modelinin bu təqdimatda yalnız olmayacağını da bildirib - sedana yenilənmiş BMW 6 Series GT liftbeki yoldaşlıq edəcəkdir.

Alman istehsalçısı tizer nümayişini davam etdirərək, yenilənmiş modellərin növbəti tizer toplusunu yayıb. Xatırladaq ki, üç il bundan öncə buraxılmış 6 Series GT modeli 5 Series GT liftbekinin varisidir. Nümayiş etdiriləcək hər iki modelin eyni platformanı, güc aqreqatlarını və ümumi texnologiyaları bölüşdüyünw nəzərə alsaq, onların birlikdə təqdim olunmasına təəccüblü heç nə yoxdur.

Yenilənmə proqramı bir qədər dəyişdirilmiş radiator barmaqlığının, başqa işıq texnikasının və bamperlərin quraşdırılmasını nəzərdə tutur. Texniki hissədə də yeniliklər gözlənilir.

Bundan başqa, sedan və liftbekin təchiz edildiyi 2,0-litrlik mühərrikin hasilatı bir qədər artırılacaqdır. 540i və 640i GT modellərinin kapotunun altında yerləşən 3,0-litrlik altısilindrli mühərrik dəyişdiriləcəkdir. Çox güman ki, bu aqreqat M340i modelində qurlaşdırılan 374 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən mühərriklə əvəzlənəcəkdir. Səkkizsilindrli mühərriklər barədə məlumat verilməsə də, onların göstəricilərinin dəyişəcəyini gözləmək gərək deyil.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, sedan və liftbekin 545e adlanan qoşulan hibrid modifikasiyada təklif ediləcəyi artıq məlumdur. İlkin məlumatlara görə, hibrid qurğunun gücü 400 at qüvvəsinə yaxın olmalıdır. Müqayisə üçün, hazırda buraxılan 530e modifikasiyası 252 at qüvvəsi hasil edir.