BMW şirkəti rəsmi olaraq yeni nəsil Z4 rodsterini təqdim edib. Alman istehsalçısı Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsində rodsterin Z4 M40i First Edition modifikasiyasını nümayiş etdirib.

Yeni rodster keçən il Pebbl-Biçdə təqdim edilmiş Concept Z4 Roadster prototipinin üslubunda dizayna, daha aşağı ağırlıq mərkəzinə və çəkinin oxlar arasında 50:50 nisbətində bölünməsinə sahib olub. Müsabiqədə nümyaiş etdirilən rodster parlaq narıncı Frozen Orange Metallic rənginə boyanıbdır. Avtomobil First Edition indeksinə sahib olduğuna görə zəngin təchizata malikdir. Rodsterin təchizatına elektriklə qatlanan yumşaq tavan, Shadow Line xəttindən olan parlaq dekor elementləri, 19-düymlük ikirəngli təkər diskləri və ilk dəfə rodster üçün əlçatan olan proyeksiya displeyi daxildir.

Z4 M40i First Edition modelinin kapotu altında 387 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik mühərrik quraşdırılıb. Yerindən 60 mil/saat həddinə rodster 4,4 saniyəyə sürətlənir. Avropa bazarında satılacaq avtomobil isə, bu mühərrikin 340 qüvvəli modifikasiyası ilə təchiz ediləcəkdir. «Avropalı» rodster 100 km/saat həddinə 4,6 saniyəyə sürətlənəcəkdir. First Edition modifikasiyasının təchizatına BMW M bölümü tərəfindən hazırlanmış və elektronika ilə idarələnən amortizatorları olan asqı sistemi, əyləclər və M Sport elektron idarəetməsi olan differensial daxil edilibdir.

Yeni rodsterin salonu qara rəngli Vernasca dərisi ilə örtülübdür. Burada elektriklə tənzimlənən oturacaqlar, həcmli səslənməsi olan Harman Kardon premium səs sistemi, adaptiv işıqdiodlarından işıqlandırma və iki yüksək icazəli displeyi olan BMW Live Cockpit Professional kompleksi mövcuddur. Avtomobil barədə daha ətraflı məlumat gələn ay veriləcəkdir. Yeni rodsterin kütləvi təqdimat mərasimi payızda işinə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt