BMW şirkəti ilk dəfə yeni X2 krossoverinin fotoşəkillərini dərc edib. Yayılan təsvirlərdən Frankfurt avtosalonunda debüt edəcək avtomobilin eyni adlı konseptlə bənzərlik daşıdığını görmək olar.

Kamuflyaja bürünməsinə baxmayaraq, ön və arxa optikanın konseptlə oxşar formaları, radiator barmaqlığının və yan pəncələrin özünəməxsus formaları aydın görünür. Bununla belə, krossoverin seriya variantı başqa kuzov dəsti və arxa görüntü güzgülərinin sadə forması ilə seçilir. İstehsalçı X2 krosoverinin seriya variantı barədə heç bir məlumat verməyib. Bununla belə, avtomobilin əsasını BMW X1, 2-Series və MİNİ modellərinin istehsalında istifadə edilən öndən və tam çəkişli UKL platformasında yığıldığı məlumdur.

Standart olaraq X2 modeli öndən çəkiş sistemi və mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdir. Böyük ehtimalla krossoverin top-variantı 300 at qüvvəli BMW X2 M Performance modifikasiyası olacaqdır.

X2 modelinin buraxılışı Bavariya istehsalçısının Almaniyadakı zavodunda yerləşdiriləcəkdir. Yeni avtomobilin satışlarına bu ilin sonunda başlana bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt